Bu ilin noyabr ayında Hindistanın Sənaye Korporasiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər. Bu barədə Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna məlumat verib.
“Noyabrın 6-8-də Hindistanın Sənaye Korporasiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər. Konkret işlər görmək üçün bu səfər səmərəli imkandır”, – deyə o, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşdə bildirib.
Səfiin sözlərinə görə, hindistanlı sahibkarlar Azərbaycandakı investisiya imkanlarını araşdırırlar və bununla bağlı səfirliyə müraciətlər mövcuddur.
“Bu sorğulara dolğun cavab vermək və sərməyə üçün sahələrin cəlbediciliyi barədə bəzi sualları daha ətraflı cavablandırmaq üçün ASK-nın dəstək verməsini xahiş edən səfir, əməkdaşlığı daha da artırmağı təklif edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Hindistan investorlarını maraqlandıran məsələlərdə yardımçı olacaqlarını söyləyib. M.Musayev əməkdaşlığın daha səmərəli şəkildə qurulması üçün hər iki ölkədən daha fəal və bu sahədə maraqlı olan sahibkarlardan ibarət ikitərəfli Sahibkarlar Şurasının yaradılması imkanlarını da gözdən keçirməyi təklif edib”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət