Bakı və Minsk hərbi sahədə birgə layihələrin həyata keçirilməsi üçün geniş potensiala malikdir. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov belə hesab edir.
Həsənov şənbə günü Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.
“Tərəflər ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunun və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd ediblər. Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətlərin müzakirəsi zamanı dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb”, - məlumatda deyilir.
Ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi texniki və hərbi təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın olduğunu deyən Həsənov görüşün önəmini vurğulayaraq bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.
Öz növbəsində, S.Zas Belarusun Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətraflı müzakirə olunub. **
N.Abbasova
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət