Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın investisiya mühitini yaxşılaşdırmaq və aqrobiznesin rəqabətliliyini artırmaq səylərini dəstəkləməyə davam edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
“Bu gün Mərkəzdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti arasında görüş olub. Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair BMK və Azərbaycan hökuməti ilə imzalanan əməkdaşlıq sazişi, eləcə də anlaşma memorandumları istiqamətində ümumi fəaliyyətlə ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər qrşıya qoyulan məqsədləri davam etdirmək üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
2019-cu ilin may ayında Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair sənədlər paketi imzalanıb.
Sənədlər lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə birbaşa xarici investisiyaların cəlbi siyasətini icra etməyə yardım edəcək.
Layihə İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələdiriləcək. Layihə üzrə tədbirlərin 2020-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Layihənin dəyəri açıqlanmır.
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Korporasiya Azərbaycanda 56 uzunmüddətli layihənin maliyyələşdirilməsinə $473 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib. Korporasiya, həmçinin Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə $250 mln, ticarət dövriyyəsinin dəstəklənməsinə isə təxminən $100 mln. ayırıb.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət