2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 469 mln. 799,3 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,1% azdır. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 315 mln. 640,1 min manat (azalma 15,8%) və ya bazar üzrə bütün sığorta haqlarının 67,2%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 151 mln. 891,3 min manat (azalma 28,3%), qeyri-həyat sığortası üzrə sığorta haqları 163 mln. 748,8 min manat (artım 0,5%) təşkil edib.
Yanvar-avqust aylarında icbari sığorta növləri üzrə sığorta haqları 154 mln. 159,2 min manat (artım 8,4%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (115 mln. 247,5 min manat), könüllü tibbi sığorta (71 mln. 341,4 min manat) və ANVSMMİS (67 mln. 860,7 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar.
8 ay ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 175 mln. 473,6 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,1% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 124,123 mln. manat (azalma 0,4%) və ya bazar üzrə bütün ödənişlərin 70,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 68 mln. 201,2 min manat (azalma 7,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 55 mln. 921,8 min manat (artım 9,5%) məbləğində olub.
Yanvar-avqust aylarında icbari sığorta növləri üzrə ödənişlər 51 mln. 350,6 min manat (artım 16,9%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (67 mln. 438,9 min manat), ANVSMMİS (42 mln. 736,9 min manat) və könüllü tibbi sığorta (38 mln. 368,3 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər.
2019-cu il sentyabr ayının əvvəlinə Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət