Milli Məclisin deputatı Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
R.Cəbrayılov mandatdan məhrum edilməsi üçün müraciət ünvanlayıb. O, həmçinin həmkarlarından və seçicilərdən üzr istəyib.
Qanunvericiliyə əsasən müvafiq protokol Mərkəzi Seçki Komissiyasına (MSK) göndəriləcək. MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etməlidir.
Xatırladaq ki, R.Cəbrayılov borca görə məhkəməyə verilib. O, ev tikmək üçün 9 sentyabr 2015-ci il tarixində $300 min məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.
Borcun qaytarılmadığnı görən Təranə Fətəliyeva 2019-cu ilin fevral ayında Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə qətnamə qəbul edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət