2019-cu ilin yekunları üzrə Azərbaycan-Rusiya ticarət dövriyyəsinin həcmi $3 mlrd.-a yaxın təşkil edəcək. Bunu “İnterfaks-Azərbaycan”a iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Ötən il ölkələrimiz arasında ticarətin həcmi 20% artaraq 2,5 mlrd. ABŞ dolları təşkil edib. 2019-cu ilin yekunları üzrə ticarət dövriyyəsinin artımı təqribən 20% təşkil edəcək, həcmi isə təxminən $3 mlrd.-a çatacaq”, - Mustafayev qeyd edib.
Nazir əlavə edib ki, Azərbaycan məhsulları Rusiyanın iri mağazalar şəbəkələrində satılır və daha geniş istehlakçı dairəsinə təqdim edilir.
Eyni zamanda, Mustafayev bildirib ki, Azərbaycanın kənd təsərrüfatı və emal məhsullarının Rusiyaya ixracının 2 dəfə artırılması potensialı var və bu imkanın reallaşdırılması hədəf kimi müəyyən olunub. Onun sözlərinə görə, ötən il Azərbaycan Rusiyaya 560 min ton kənd təsərrüfatı və emal məhsulları ixrac edib.
“Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 mlrd. dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 mlrd. dollar sərmayə yatırılıb”, - Mustafayev qeyd edib.
Nazir vurğulayıb ki, Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər. **
X.Nəsirzadə
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan illik 5%-lik kreditlə biznesinizi böyüdün
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət