2019-cu ildə Azərbaycan $2 mlrd.-dan çox həcmdə qeyri-neft məhsullarının ixracını planlaşdırır. Bu barədə "Business Year" jurnalında (TBY) dərc olunmuş Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair məqalədə qeyd olunur.
Məqalədə bildirilir ki, hökumətin iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı səyləri neft-qaz sahəsinə də yayılmağa başlayıb – hazırda Azərbaycan yalnız xam neftə arxalanmaq əvəzinə neft-kimya məhsulları və təbii qaz ixracını artırmağa çalışır.
"2018-2019-cu illərdə polipropilen, karbamid və yüksək sıxlıqlı polietilen istehsal edən üç zavod istifadəyə verilib və proqnozlara görə, 2019-cu ildə neft-kimya məhsullarının ixracı 2018-ci ildəki $190 mln.-dan $241 mln.-dək artacaq. Bununla yanaşı, 2019-cu ilin yekunları üzrə qeyri-neft ixracının həcmi ümumilikdə $2 mlrd.-ı ötəcək, 2018-ci ildə isə bu rəqəm $1,7 mlrd. (artım 17,6%) təşkil edib”, - deyə məqalədə vurğulanır.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev “İnterfaks-Azərbaycan” agentliyinə bildirmişdi ki, 2023-cü ildə qeyri-neft ixracının $3 mlrd.-dan çox həcmədək artırılması planlaşdırılır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət