Bakı və Daşkənd $432 mln. məbləğində müqavilələr imzalayacaq. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı bəyan edib.
“Mən bu səfərə tək gəlməmişəm, çünki biz Azərbaycan üçün darıxmışıq. Bilirsinizmi, hamı səbirsizliklə gözləyir, görək, nə vaxt imzalanma başlanacaq. $432 mln. məbləğində müqavilələr imzalanmaq üçün hazırlanıb”, - Azərbaycan prezidentinin saytında Mirziyoyevin sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, Bakı və Daşkənd arasında əməkdaşlıq üçün çox sayda perspektivli istiqamətlər var. “Energetika, neft-qaz sahələri haqqında dediklərinizlə razıyam. İndi biz SOCAR (ARDNŞ) üçün ərazi ayırmışıq. bu gün mənə məruzə etdilər ki, onlar çox ciddi danışıqlar aparıblar, hər şey barədə razılaşıblar və həqiqətən, neft-qaz sahəsində qarşılıqlı faydalı əməkdaşlığın real perspektivləri var. Bu, normal kursdur, bu sahədə irəliləyiş var və biz bunu yalnız dəstəkləyəcəyik”, - Özbəkistan prezidenti qeyd edib.
Daha bir mühüm istiqamət, nəqliyyat-kommunikasiya sahəsində münasibətlərdir. “Bakı-Tbilisi-Qars dəmir yolu bizim üçün böyük əhəmiyyət kəsb edir. Bizim şirkətlərin çoxu artıq bu yolu tanıyır və Özbəkistan əmtəə dövriyyəsini artırmağı qarşısına hədəf qoyub. Mən çox istərdim ki, Siz tapşırıq verəsiniz, - bütün nazirlər burada əyləşiblər, - Türkmənbaşı-Ələt bərə xəttinə limanda preferensiyalar verilsin. Ona görə ki, bizdə də əmtəə dövriyyəsi artır, iqtisadiyyat yavaş-yavaş dirçəlir, istərdik ki, bütünlüklə bu istiqamətə üstünlük verilsin”, - o qeyd edib.
Həmçinin, Mirziyoyev münasib vaxtda Əliyevi Özbəkistana dəvət edib.
“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk.Biz həm qarşılıqlı siyasi əlaqələri, həm də iqtisadi əməkdaşlığı möhkəmləndirəcəyik. Nəqliyyat, energetika, turizm sahələrində çox yaxşı perspektivlər var. Biz bütün istiqamətlərdə fəal əməkdaşlığı, səmərəli nəticələri hədəf seçmişik”, - Azərbaycan prezidenti bildirib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət