Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) ölkələri Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması məqsədilə Xəzərdə daşımalar üçün birgə gəmiçilik şirkəti yaratmağı planlaşdırır. Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreyev deyib.
“Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin səmərəli marşruta çevrilməsi məqsədilə nəqliyyat və gömrük sahəsində optimal və əlverişli şərtlərin formalaşmasını gündəliyə çıxarırıq. Dəhliz boyu logistika xərclərini azaldaraq nəqliyyat və gömrük sektorunun operativliyini artırmaq çox vacibdir. Bunun üçün Xəzər üzrə birgə gəmiçilik şirkətinin yaradılmasının müzakirəsini planlaşdırırq”, - Amreyev “İnterfaks-Azərbaycan”a bildirib.
O qeyd edib ki, təşkialta üzv ölkələr Türk Şurasının formalaşmasını başa çatdıraraq növbəti mərhələyə keçirlər. Burada TDƏ.-in fəxri sədri Nursultan Nazarbayevin “Türk baxışı -2040” proqramının hazırlanması təklifi gündəlikdə durur.
“Bununla əlaqədar, TDƏŞ-in katibliyi tərəfindən təşkilatın perspektivlərini müəyyən edən “Türk Şurası-2023” yeni strategiyası hazırlanır. Tərəflərin təkliflərini sənədə daxil edərək onu gələn sammitdə (2020-ci ildə Türkiyədə - İF) təqdim edəcəyik”, - o qeyd edib.
Amreyevin sözlərinə görə, gləcək əməkdaşlıq mərhələsi iqtisadi əməkdaşlığın ən vacib sahələrində yeni prinsiplər və yanaşmalara tələb edə bilər. “Azad ticarətin stimullaşdırılması strategiyası və ya ticarətin inkişafı çərçivəsində üzv ölkələri arasında preferensial sazişlərin imzalanması məsələləri gündəliyə çıxarıla bilər. İqtisadi əməkdaşlığın möhkəmlənməsi, ticarət və qarşılıqlı investisiyaların təşviqi, həmçinin orta və kiçik biznesin dəstəklənməsi üçün optimal maliyyə alətləri lazımdır”, - o qeyd edib.
“Qlobal arenada vacib yer tutan türk dünyasının yaxın 10 il ərzində nüfuzlu, güclü və vahid birliyə çevrilməsi üçün ruh yüksəkliyi ilə çalışırıq”, - Amreyev əlavə edib.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət