2019-cu il oktyabrın 1-nə Azərbaycanda 141,949 min hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da ötən ilin sonuna olan göstəricidən 8,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
9 ay ərzində 11,976 min hüquqi şəxs qeydiyyatdan keçib, 404 hüquqi şəxs fəaliyyətini dayandırıb.
2019-cu il oktyabrın 1-nə respublikada 11,059 min kənd təsərrüfatı (artım 2,9%), 7,57 min təkrar emal (artım 7,7%), 13,48 min tikinti müəssisəsi (artım 5,9%) fəaliyyət göstərir.
Bundan başqa, 2019-cu il sentyabrın sonuna topdan və pərakəndə satış, avtomobil və digər məişət mallarının təmiri ilə məşğul olan 39,173 min (artım 11,4%), maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan 1,766 min (artım 5,4%), daşınmaz əmlakla bağlı əməliyyatlarla məşğul olan 1,974 min (artım 4,2%), inzibati və yardımçı xidmətlərlə məşğul olan 6,64 min (artım 12,8%), rabitə və informasiya sahəsində fəaliyyətlə məşğul olan 3,592 min (artım 7,5%), sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə məşğul olan 2,025 min hüquqi şəxs (artım 5,8%) qeydiyyata alınıb.
Oktyabrın 1-nə olan vəziyyətə görə, hüquqi şəxslərin strukturunda 129,679 min hüquqi şəxs (bütün hüquqi şəxslərin 91,4%-i) özəl müəssisələrin, 9,991 min hüquqi şəxs xarici, 2,767 min hüquqi şəxs birgə müəssisələrin, 10,551 min hüquqi şəxs (7,4%) dövlət müəssisələrinin, 1,719 min hüquqi şəxs (1,2%) bələdiyyələrin payına düşür.
Bundan başqa, 2019-cu il oktyabrın 1-nə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 903,399 min fiziki şəxs qeydiyyatdan keçib. 2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə onların sayı 7,2% artıb.
Kənd təsərrüfatı sahəsində 235,62 min, emal sənayesi sahəsində 18,511 min, topdan və pərakəndə satış, avtomobil və məişət mallarının təmiri sahəsində 210,945 min fiziki şəxs fəaliyyət göstərir.
Maliyyə və sığorta fəaliyyəti ilə 1,992 min, daşınmaz əmlakla bağlı əməliyyatlarla 13,573 min, inzibati və yardımçı xidmətlər sahəsində 4,367 min, tikinti fəaliyyəti ilə 7,335 min, turistlərin yerləşdirilməsi və ictimai iaşə ilə 40,648 min, nəqliyyat və anbar təsərrüfatı ilə 95,517 min, sağlamlaşdırma və əyləncə sahəsində fəaliyyətlə 12,343 min fiziki şəxs, qalanları digər fəaliyyət növləri ilə məşğul olur.
Statistik məlumatlara görə, Bakıda 82,221 min hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan 273,778 min fiziki şəxs fəaliyyət göstərir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət