2019-cu ilin 8 ayı ərzində Azərbaycanla İsveçrə arasındea ticarət dövriyyəsi 5 dəfə artıb. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini müvəqqəti icra edən Yusif Abdullayev deyib.
“2019-c ilin yanvar-avqust ayları ərzində Azərbaycanla İsveçrə arasındea ticarət dövriyyəsi $1,3 mlrd. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisndən 5 dəfə çoxdur. 2018-ci ilin yeklunları isə ölkələrimiz arasında ticarət dövriyyəsi $648 mln. təşkil edib, bunun $135 mln.-u Azərbaycan ixracı, $513 mln. – idxalı təşkil edib”, - Abdullayev bazar ertəsi Bakıda Azərbaycan-İsveçrə işgüzar görüşdə bildirib.
Abdullayev investisyalara toxunaraq bildirib ki, Azərbaycan İsveçrə iqtisadiyyatına $2,7 mlrd., $1,9 mlrd. – neft sektoruna, $760 mln. – qeyri-neft sektoruna yatırıb.
“İsveçrənin investisiyalarına gəlincə isə, sevindirici haldır ki, onların Azərbaycan iqtisadiyyatına əsas həcmi qeyri-neft sektorunun payına düşüb. Xüsusilə, İsveçrə Azərbaycan iqtisadiyyatına $861 mln. yatırım həyata keçirib, bunun $794 mln.-u qeyri-neft sektorunun payına düşür”, - Abdullayev bildirib.
“Mövcud qarşılıqlı investisiyalara baxmayaraq, hər zaman onların inkişfı və genişləndirilməsi üçün yer var”, - o əlavə edib.
Öz növbəsində, İsveçrənin Ticarət Palatasının baş direktoru Vinsent Subilia ikitərəfli münasibətlərdən məmnunluq ifadə edərək SOCAR Tradinq şirkətinin İsveçrədə fəaliyyətini qeyd edib.
Onun sözlərinə görə, Palatada 2,5 min şirkət təmsil olunur və Azərbaycan şirkətləri ilə daha sıx münasibətlər qurmaq yaxşı olardı. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət