Azərbaycan prezidenti İlham Əliyev Ramiz Mehdiyevə “Heydər Əliyev” ordenini təqdim edib.
İ.Əliyev çərşənbə günü R.Mehdiyevi qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Öncə İ.Əliyev R.Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
R.Mehdiyev 1995-ci ilin fevral ayından Prezident Administrasiyasının rəhbəri olub.
R.Mehdiyev ordenin 24-cü kavaleri oldu.
“Heydər Əliyev” ordeni – Azərbaycan Respublikasının ali mükafatıdır. Orden Azərbaycan Respublikasının 22 aprel 2015-ci il tarixli, 896-IIQ nömrəli Qanunu ilə təsis edilib.
“Heydər Əliyev” ordeni təsis edildiyi vaxt "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. "Heydər Əliyev" ordeninin ulduzu və zənciri qılınclı və qılıncsız olur. Ordenin hazırlanmasında 525 əyarlı 533,29 qram gümüşdən, 999 əyarlı 3,89 qram gümüşdən, 750 əyarlı 57,42 qram qızıldan, 999 əyarlı 6,42 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,34 karatlıq 224 brilyant daşdan, cəmi 1 karatlıq 67 brilyant daşdan (ümumi 299 brilyant daşdan) istifadə olunub.
Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Ulduzun əks uclarının arasındakı məsafə 82 mm-dir. Ulduzun üzərində çevrəsi dalğavari olan dairəvi lövhə yerləşdirilmişdir. Qılınclı ulduzda həmin lövhə ulduzun guşələrindən dördünün üzərindən keçərək çarpazlaşan iki qılıncın üstündə dayanır. Qılınclar gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Hər qılıncın uzunluğu 82 mm, eni 4 mm-dir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilib.
Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. Lövhə 750 əyarlı qızıldan hazırlanıb. Medalyon, üzərində qırx iki brilyant daş olan daxili halqa ilə əhatə olunub. Daxili halqanı dövrələyən orta halqanın qırmızı mina çəkilmiş yuxarı hissəsində qabarıq qızılı hərflərlə "Heydər Əliyev" sözləri yazılıb, aşağı hissəsi isə rombşəkilli ornament içərisində üç ədəd brilyant daşla bəzədilmişdir, bunların arasında yaşıl mina çəkilmiş qövsvari iki zolaq var. Orta halqa çevrəsi dalğavari olan göy rəngli xarici halqa ilə əhatələnir, onun üzərinə üçbucaq oymalar içərisində iyirmi brilyant daş bərkidilib.
"Heydər Əliyev" ordeninin boyundan asılarkən sinəyə düşən nişanı ağ mina çəkilmiş dördguşəli ornament şəklində altlıqdan ibarətdir. Ornamentin qırmızı minalı ulduzlar şəklində olan elementlərinə brilyant daşlar bərkidilib. Altlığın üstündə göy mina çəkilmiş dördguşəli ornament yerləşir. Ornamentin dörd ucunun hər birinə brilyant daş bərkidilib. Altlıq və onun üstündəki ornament gümüşdən hazırlanıb qızıl suyuna çəkilib.
Nişanın mərkəzi hissəsində 750 əyarlı qızıldan hazırlanmış lövhə yerləşir. Lövhənin üzərinə tünd qırmızı mina çəkilmişdir. Lövhənin mərkəzində Heydər Əliyevin 750 əyarlı qızıldan hazırlanmış barelyefı yerləşir. Barelyef çarpazlaşdırılmış iki kvadrat şəklində olan düzgün həndəsi formalı çərçivə ilə haşiyələnib. Kvadratların üstünə yüz on iki brilyant daş bərkidilib. Çərçivə gümüşdən hazırlanıb qızıl suyuna çəkilib. Nişanın hündürlüyü 67 mm, eni 67 mm-dir.
Ordenin zənciri müəyyən qaydada düzülmüş on beş elementdən ibarətdir. Göstərilən elementlər 112 brilyant daşla bəzədilmiş lövhəciklər (hərəsində 7 brilyant daş olmaqla 16 lövhəcik) vasitəsilə geniş zəncirə birləşir.
Ordenin arxa tərəfinin səthi hamardır, üstündə ordenin nömrəsi həkk olunub. Paltara bərkidilmək üçün müvafiq elementi var. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət