Sankt-Peterburqun mədəni-işgüzar missiyası 29-30 oktyabr 2019-cu il tarixlərində Azərbaycana səfər edəcək. Bu barədə Sankt-Peterburq administrasiyasından məlumat verilib.
“Nümayəndə heyətinin böyük hissəsi işgüzar sahəni, xüsusilə sənaye, tikinti, səhiyyə və aqrar-sənaye kompleksini təmsil edəcək. Nümayəndə heyətinə Sankt-Peterburq hökumətinin üzvü - Millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin sədri Oleq Kapitanov başçılıq edəcək”, - deyə məlumatda bildirilir.
Məlumata görə, missiyasının məqsədi Sankt-Peterburq mağazalarında Azərbaycan məhsullarının uğurlu satışını nəzərə alaraq ticarət sahəsində əməkdaşlığın genişləndirilməsidir.
"Mədəni-işgüzar missiya zamanı müzakirə ediləcək əsas mövzulardan biri Azərbaycandan Sankt-Peterburq bazarına məhsulların, xüsusən şərab və meyvə-tərəvəz məhsullarının tədarükünün genişləndirilməsi mümkünlüyü ilə bağlı olacaq", - deyə Sankt-Peterburq Hökumətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev bildirib.
Məlumata görə, missiya çərçivəsində Sankt-Peterburq nümayəndə heyətinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçevlə görüşləri planlaşdırılır.
Missiya proqramına əsasən, Sankt-Peterburq və Azərbaycanın investisiya və sənaye potensialının təqdimatı keçiriləcək, müxtəlif müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə danışıqlar aparılacaq, eləcə də işgüzar əlaqələr birjası keçiriləcək.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət