“PAŞA Sığorta” şirkəti 2019-cu ilin yanvar-sentyabr aylarında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Sığorta” 164 mln. 442,1 min manat və ya 2019-cu ilin yanvar-sentyabr ayları ərzində bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 31,5%-i həcmində sığorta haqqı toplayıb.
Həyat sığortası seqmentində haqların həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (28 mln. 628 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (10 mln. 522 min manat) qərarlaşıb.
Hesabat dövründə “Xalq Həyat Sığorta” 577 min manat sığorta haqqı toplayıb və ödəniş həyata keçirməyib.
2019-cu ilin yanvar-sentyabr aylarında qeyr-həyat sığortası seqmentində “PAŞA Sığorta” şirkəti sığorta haqlarının yığım həcminə görə lider olub. Şirkətin sığorta haqları 118 mln. 960,9 min manat və ya bazarda bütün yığımların 22,8%-ni təşkil edib.
Qeyri-həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə həmçinin aşağıdakı şirkətlər daxil olub: "Azərsığorta" (41 mln. 920,9 min manat), "Atəşgah" (27 mln. 877 min manat), “Meqa Sığorta” (18 mln. 988,2 min manat), “Xalq Sığorta” (19 mln. 436,9 min manat).
Bütövlükdə, hesabat dövrü ərzində 430 mln. manat və ya sığortaçıların bütün sığorta haqlarının 82,6%-i bu 8 şirkətin payına düşüb (“Xalq Həyat Sığorta” nəzərə alınmadan - İF).
Yanvar-sentyabrda sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 67 mln. 721,5 min manat və ya sığortaçıların bütün ödənişlərinin 33,6%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (9 mln. 117,8 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (5 mln. 806,8 min manat) qərarlaşıb.
“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub (38 mln. 300,6 min manat). Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (14 mln. 701,4 min manat), “AtaSığorta” (11 mln. 190,9 min manat), "Azərsığorta" (11 mln. 261,7 min manat), “Xalq Sığorta” (10 mln. 894,3 min manat) və daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 83,8%-i və ya 168 mln. 995 min manat bu 8 şirkətin payına düşüb.
Bütövlükdə, 2019-cu ilin yanvar-sentyabr aylarında “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” bazar üzrə bütün haqların 54,2%-ni topalyıblar. Ödənişlərdə şirkətlərin xüsusi çəkisi 52,6% təşkil edib.
2019-cu il sentyabrın sonuna bazarda fəaliyyət göstərən 22 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malikdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət