MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev Birliyə üzv ölkələri arasında hərtərəfli hərbi əməkdaşlıq və sıx qarşılıqlı əlaqələri qeyd edir.
“MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının praktiki fəaliyyəti müdafiə nazirlikləri, müdafiə idarəlıri və Müdafiə Nazirləri Şurasının işçi orqanları, Şuranın katibliyi və koordinasiya strukturlarının sıx əlaqələri əsasında bütöv system şəklində tədricən hərtərəfli hərbi əməkdaşlığın inkişafını həyata keçirir”, - Lebedev çərşənbə günü Bakıda MDB -yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, hərtərəfli hərbi əməkdaşlığın məzmunu Birliyə üzv dövlətlərinin qarşılıqlı maraqları ilə müəyyən edilir, Birliyə üzv ölkələrin müdafiə nazirlikləri və ya MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının işçi orqanlarından daxil olan təşəbbüslər hesabına daima dolğunlaşır və zənginləşir.
Eyni zamanda, hərbi əməkdaşlığın əsasındakı hərbi təyinatlı birgə sistemlər, xüsusilə, hava hücumundan müdafiə birləşmiş sistem, radiasiya, kimya və bioloji vəziyyətə nəzarət və qiymətləndirmə üzrə birləşmiş sistem, hərbi təyinatlı vahid geoinformasiya sistemi daima təkmilləşdirilir.
Lebedev qeyd edib ki, müdafiə nazirlərinin hər iclası “MDB ölkələrinin hərbi əməkdaşlığınin genişləndirilməsi üzrə ümumi marağı vurğulayır”.
“İyirmidən artıq məslənin daxil olduğu bugünkü iclasın məzmunlu çoxplanlı gündəliyi bunun bariz nümunəsidir”, - o əlavə edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət