Hazırda Azərbaycanda pivə bazarı qonşu ölkələrin pivə bazarlarına nisbətən müqayisəedilməz dərəcədə kiçikdir. Bunu “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Maltsev deyib.
“Ümumiyyətlə, Azərbaycanda pivə bazarı qonşu ölkələrin bazarlarından müqayisəedilməz dərəcədə kiçikdir. Belə ki, Gürcüstanda pivə bazarı 5-6 dəfə, Ukraynada və Belarusda isə təxminən 10 dəfə böyükdür. Bu, adambaşına düşən istehlak həcmi sərt alkoqol, şərab və pivə arasında düzgün bölüşdürüldüyü halda Azərbaycanda pivə bazarının inkişafı üçün potensial yaradır", - deyə o, şirkətin mətbuat xidmətinə müsahibəsində bildirib.
Baş direktor qeyd edib ki, şirkət kateqoriyanın inkişafında və gələcəkdə Azərbaycan bazarına investisiya qoyuluşunda maraqlıdır, çünki ölkədə pivə bazarının böyüməsinə və inkişafına inanır.
“Carlsberg Group” rəhbərliyi biznesin qorunması və bazarın ağardılması istiqamətində hökumətin son bir neçə ildə atdığı addımları çox yüksək qiymətləndirir. Belə yanaşma vicdanlı rəqabət və sağlam biznes mühiti yaradır ki, bu da xarici sərmayədarlar üçün cəlbedicilik baxımından ölkənin imicinə müsbət təsir edir”, - deyə V.Maltsev vurğulayıb.
Onun sözlərinə görə, son illərdə bazarın ağardılması və biznesin bütün iştirakçıları üçün bərabər şəraitin yaradılması, eləcə də aksiz siyasətinin sabitliyi nəticəsində 2017-ci ildən etibarən şirkətin satış həcmi müsbət dinamika nümayiş etdirməyə başlayıb ki, bu da müvafiq olaraq şirkətin vergi ayırmalarına təsir edib.
"Təkcə 2018-ci ildə şirkətimizin vergi ödənişləri 18 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 2 mln. manat çoxdur", - deyə baş direktor bildirib.
“Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 mln. dekalitr təşkil edir. Şirkətdə 260 nəfərə yaxın işçi çalışır. Şirkət zavodun inkişafına ümumilikdə 50 mln. manata yaxın sərmayə qoyub.
“Carlsberg Azerbaijan”ın portfelinə “Xırdalan", “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Baltika Kuler”, “Əfsanə”, “Jiqulevskoe”, “Firmennoe”, “Carlsberg”, “Holsten”, “Kronenbourg Blanc”, “Seth&Riley`s Garage” kimi pivə brendləri daxildir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət