2021-ci ilədək Azərbaycanın dövlət borcu ÜDM-nin 20,7%-dək azalacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.
"Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatasının rəyinə əsasən, hökumət uzunmüddətli strategiya çərçivəsində dövlət borcunun həcmini tədricən azaltmağı planlaşdırır.
“Bu strategiyaya uyğun olaraq 2020-ci ilin sonuna dövlət borcu ÜDM-nin 20,7%-ni təşkil edəcək”, - deyə məlumatda bildirilir.
2020-ci ildə büdcə xərclərinin 6,8%-i xarici borcun idarə edilməsinə yönəldiləcək.
1 iyul 2019-cu il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 510,2 mln. manat (cari məzənnə ilə $9 mlrd. 711,9 mln.) və ya ÜDM-nin 20,7%-i səviyyəsində qiymətləndirilir.
2019-cu ilin I yarısında Azərbaycan daxili dövlət borcuna xidmətlə bağlı xərclərə 58,1 mln. manat, xarici dövlət borcuna xidmətlə bağlı xərclərə 712 mln. manat yönəldib.
Maliyyə Nazirliyinin qiymətləndirmələrinə görə, cari ilin sonuna Azərbaycanın dövlət borcu 16 mlrd. 482 mln. manat (2019-cu ildə azalma 0,1%) və ya ÜDM-nin 20,9%-ni təşkil edəcək. Bunun $8,86 mlrd.-ı (15 mlrd. 62 mln. manat) xarici borcun, 1 mlrd. 420 mln. manat daxili borcun payına düşəcək.
Azərbaycan hökuməti 2020-ci il dövlət büdcəsi layihəsində dövlət borcu xərclərini 1 mlrd. 828,2 mln. manat ($1 mlrd. 75,4 mln.) məbləğində nəzərdə tutub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 21,7% azdır. Xüsusilə daxili borca xidmət xərcləri 133,2 mln. manat, xarici borca xidmət xərcləri 1 mlrd. 695 mln. manat ($997 mln.) təşkil edəcək.
2020-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 400 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 1 mlrd. manat, kreditlər üçün dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi isə 1 mlrd. manat məbləğində müəyyən edilib.
Hökumətin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanın dövlət borcu $7,7 mlrd.-a qədər və ya ÜDM-nin 14,1%-dək azalmalıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət