Hazırda Azərbaycanın bank sektoru rəqəmsal transformasiya prosesində MDB ölkələrindən geridə qalır. S&P Global Ratings beynəlxalq reytinq agentliyinin mütəxəssisləri belə hesab edirlər.
“Bu gün Azərbaycanda banklar (rəqəmsallaşma məsələsində - İF), misal üçün Rusiyada gğörüedklərimizdən geridə qalır. Bunun bir neçə səbəbi var. İlk növbədə, bu, bir çox bankların problemlərin aradan qaldırılması, problemli aktivlərin qaytarılması ilə məşğul olduqları 2014-2015-ci illərdə böhranın nəticələri ilə əlaqədardır. Bu da müvafiq olaraq, onların kapitalını və texnologiyalara sərmayənin yatırılması imkanını azaldırdı, həmçinin menecmentin rəqəmsal transformasiyadan qiddətini yayındırırdı”, - “İnterfaks-Azərbaycan”a S&P Global Ratings-in kredit analitiki Dmitri Nazarov bildirib.
Onun sözlərinə görə, digər səbəb Azərbaycanda kölgə iqtisadiyyatının yüksək səviyyəsi və nəticədə, əhali arasında bank xidmətlərinin yayılmasının aşağı səviyyəsidir.
“Bank bazarında kölgə sektorunun səviyyəsi tədricən azalsa da, hələ də yüksək olaraq qalır. Əvvəlki kimi, əhalinin mühüm hissəsi bank sektorundan kənarda qalanda, bu rəqəmsal transformasiyanı ləngidir”, - analitik qeyd edib.
O cümlədən, Nazarov ixtisaslı İT-mütəxəssislərinin çatışmazlığı kimi problemin mövculuğunu vurğulayıb, bu da onların xidmətlərinin çox baha olmasına səbəb olur və transformasiyanın həyata keçirilməsi üçün bankların xərclərini artırır.
Gələcəklə bağlı məsələyə toxunan S&P-nin nümayəndəsi qeyd edib ki, ənənəvi kanallardan rəqəmsal kanalla keçid ilə əlaqədar trend göz qabağındadır və hər tərəfdə baş verir. Azərbaycanda bu prosesin sürətləndirilməsində tənzimləyici və hökumətin iqtisadiyyatın “ağardılması” təəbbüsləri və əhali arasında bank xidmətlərinin əlçatanlıq səviyyəsinin artırılması böyük rol oynayacaq.
“Azərbaycanın, misal üçün Avropa ilə müqayisədə, daha gənc əhalisi yeni texnologiyaların və rəqəmsal bank xidmətlərinin daha tez uyğunlaşmasına imkan yaradacaq. İndiyədək əksər banklar böhran dövründə yığılan problemli aktivlərin mühüm hissəsini təmizləyib. Müvafiq olaraq, onların sərmayələr üçün daha artıq vəsaitləri meydana çıxır. Sabit iqtisadi vəziyyət də buna şərait yaradacaq”, - Nazarov qeyd edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət