"SOCAR Carbamide Plant" zavodu 2024-cü ilə qədər karbamid istehsalını 650 min tona çatdıracaq.
“Interfaks-Azərbaycan”ın əldə etdiyi hökumətin proqnozlarına əsasən, 2019-cu ilin yekunları üzrə ölkədə 200 min ton karbamid istehsal olunacaq.
Eyni zamanda, 2020-2023-cü illərdə bu məhsulun istehsalı hər il artacaq.
Proqnozlara əsasən, 2020-ci ildə karbamid istehsalı 500 min ton (2019-cu illə müqayisədə artım 2,5 dəfə - İF), 2021-ci ildə - 620 min ton (artım 24%), 2022-ci ildə - 640 min ton (2021-ci illə müqayisədə artım 3,2%), 2023-cü ildə - 650 min ton (artım 1,6%) təşkil edəcək.
Beləliklə, 2023-cü ildə Azərbaycanda karbamid istehsalı 2019-cu ilin göstəricisi ilə müqayisədə 3,25 dəfə artacaq.
"SOCAR Carbamide Plant" zavodu 2019-cu il yanvarın 16-da istismara verilib.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, hazır məhsulun illik 500 min tonunadək həcmi ixraca göndəriləcək.
Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 mln. avro təşkil edib. Bunun 197 mln. avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait, 500 mln. avro – borc vəsait, 80-85 mln. avro – SOCAR-ın öz vəsaiti hesabına tikinti zamanı büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət