Hazırda «Diamed Co» şirkətinin şpris istehsalı zavodunda ildə 50 mln. ədəd şpris istehsal edilir. Bunu şirkətin təsisçisi Aytən Quliyeva deyib.
“İndi zavodda 50 nəfər çalışır. Yaxın vaxtlarda biz 3 növbəli iş rejiminə keçəcək və ildə 150 mln. ədədə qədər müxtəlif həcmli şpris istehsal edə biləcəyik”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
A.Quliyevanın sözlərinə görə, ildə 150 mln. ədəd şpris istehsalı Azərbaycana bu məhsulun idxalından tamamilə imtina etməyə imkan verəcək.
“Yaxın iki-üç il ərzində qonşu dövlətlərin bazarlarına çıxmağı planlaşdırırıq. O zaman şpris istehsalı tələbatdan asılı olaraq ildə 200-250 mln. ədədə çata bilər”, - deyə “Diamed Co” şirkətinin təsisçisi qeyd edib.
Onun sözlərinə görə, şpris istehsalı üçün lazım olan iynələr Yaponiyadan, xammal isə İsveçrədən gətirilir.
“Zavodumuzun məhsulları bütün beynəlxalq tələblərə cavab verir və keyfiyyət baxımından Avropa analoqlarından heç də geri qalmır. Məhsullarımızın qiymətlərinə gəldikdə, onlar Avropa analoqlarından ucuz, naməlum mənşəli şprislərlə müqayisədə isə təbii ki, bahadır”, - deyəA.Quliyeva əlavə edib.
O vurğulayıb ki, hazırda yerli bazarda şprislərin satışı ilə bağlı bəzi problemlər mövcuddur. “Belə ki, Azərbaycana gətirilən naməlum mənşəli şprislər çox ucuz və keyfiyyətsizdir. Qanunvericilikdə boşluq var və onu aradan qaldırmaq lazımdır. İdxal olunan şprislər qeydiyyata alınmalıdır. Lakin qanunvericilikdə olan boşluq idxalçılara bu prosedurdan yayınmağa imkan verir”, - deyə A.Quliyeva bildirib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət