Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Ümumdünya Antidopinq Məcəlləsi və bir sıra beynəlxalq standartlara yenidən baxılması ilə əlaqədar qanunvericiliyə dəyişikliklər paketi hazırlayır. Bunu 5-7 noyabr tarixlərində Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Antidopinq Konfransında iştirak edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib.
1500-dən çox iştirakçının toplaşdığı konfransa AMADA-nın nümayəndə heyəti də qatılıb. Beşinci dəfə keçirilən konfrans Ümumdünya Antidopinq Agentliyinin 20 illiyinə təsadüf edir. Tədbirin əsas məqsədi yeni Məcəllə və standartların yekun variantlarını qəbul etməkdir. Bunların sırasına artıq mövcud olan Ümumdünya Antidopinq Məcəlləsinə uyğunluq, Laboratoriyalar, Qadağan edilmiş maddə və üsullar siyahısı, Fərdi məlumatların məxfiliyi və qorunması, Test keçirmə və təhqiqatlar, Terapevtik istifadə üçün istisnalar üzrə standartlar və ilk dəfə qəbul olunan Təhsil və Nəticələrin emalı üzrə standartlar da daxildir. Sənədlər 2021-ci ilin əvvəlindən qüvvəyə minəcək.
“Məcəllə Ümumdünya Antidopinq Proqramının əsas sənədidir. Məcəllə və standartlara yenidən baxılması milli antidopinq qanunvericiliyinə ciddi əlavə və dəyişikliklərin edilməsini zəruri edir”, - Ş.Hüseynli deyib.
Onun sözlərinə görə, düzəlişlər kompleks xarakter daşıyır.
““İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun və Antidopinq qaydalarından savayı Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunvericilik aktlarına da düzəlişlərin edilməsi nəzərdə tutulur. AMADA düzəlişlər paketini Nazirlər Kabinetinə yaxın bir zamanda təqdim edəcək”, - Ş.Hüseynli bildirib.
Ümumdünya Antidopinq Məcəlləsi 2004-cü ildə işləməyə başlayıb. Hal-hazırda 2015-ci ilin Məcəlləsi qüvvədədir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət