“Azərsu” ASC Abşeron əhalisinin 81%-ni fasiləsiz içməli su ilə təmin edir. Bu sözləri cəmiyyətin sədri Qorxmaz Hüseynov deyib.
"Son bir neçə il ərzində Abşeron yarımadası əhalisinin fasiləsiz su təminatı göstəriciləri 30%-dən 81%-ə yüksəlib", - deyə Q.Hüseynov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, "Azərsu" əhalini fasiləsiz içməli su ilə təmin edə bilmədiyi yaşayış evlərində su çənlərinin sökülməsinin təşəbbüskarı deyil.
“Bu yaxınlarda Xətai rayonunda yaşayış massivlərindən birindəki evlərdə su çənləri ləğv edilib ki, bu da əhalinin narazılığına səbəb olub. Araşdırma zamanı məlum olub ki, çənlərin sökülməsinin təşəbbüskarı Bakı Şəhər İcra Hakimiyyətidir. "Azərsu" bu evləri daimi əsasda su ilə təmin etmək üçün texniki imkanlara malik olmadığından sökülmüş çənlərin bərpa edilməsi qərara alınıb”, - deyə o vurğulayıb.
Q.Hüseynov, həmçinin deyib ki, 2020-ci ildən etibarən Bakının Zabrat, Biləcəri, Ramana, Bahar və Məhəmmədli kəndlərində yağış sularının axması problemi həll olunacaq. "Biz çox miqdarda suyun toplandığı kritik yerləri müəyyənləşdirmişik, hazırda həyata keçirilən layihələr hazırlamışıq və gələn ildən bu qəsəbələrin sakinlərinin bu cür problemləri olmayacaq", - deyə o əlavə edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət