2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta illik baza inflyasiya 2018-ci ilin sonuna qeydə alınmış 1,8%-ə qarşı 2,6% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Cari ilin yanvar-sentyabr aylarında qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2018-ci ilə olan 1,8%-ə qarşı 2,6% təşkil edib”, - AMB-dən bildirilir.
Yanvar-sentyabr aylarında 520 adda mal və xidmətdən 119-nun qiyməti azalıb, 42-nin qiyməti isə dəyişməz qalıb. Beləliklə, 359 adda mal və xidmətin qiyməti bahalaşıb.
Eyni zamanda, inflyasiya qeydə alınan malların 55%-i üzrə qiymət artımı 2%-i ötməyib.
Hesabat dövründə AMB 4,25 min ev təsərrüfatı arasında inflyasiya gözləntilərinə dair sorğu keçirib. “Aparılmış sorğular əsasında müəyyən edilib ki, rəyi soruşulanların 41,2%-i gələcək 12 ayda qiymətlərin eyni səviyyədə qalacağını, 37.2%-i qiymətlərin daha az səviyyədə olacağını, 17,1%-i istehlak qiymətlərinin cari səviyyədə qalacağını və 2,1%-i inflyasiyanın azalacağını gözləyir”, - bankdan vurğulanır.
AMB-nin son proqnozlarına əsasən, Azərbaycanda qiymət artımı (+/-2) 4% səviyyəsində olacaq.
2019-cu ildə orta illik inflyasiya 3,8% səviyyəsində proqnozlaşdırılır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət