“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Ləki-Qəbələ dəmir yolunu gələn ilin avqust-sentyabr aylarında istifadəyə verməyi planlaşdırır. Bu barədə cəmiyyətin sədri Cavid Qurbanov məlumat verib.
Prezident İlham Əliyev bu gün C.Qurbanovu qəbul edib. Görüşdə Azərbaycanın dəmir yolu nəqliyyatının inkişafı üçün ADY tərəfindən həyata keçirilən layihələr müzakirə olunub.
“Bizim hesablamalarımıza görə, Ləki-Qəbələ dəmir yolu gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq. Torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair”, - deyə C.Qurbanov bildirib.
İ.Əliyev yolun tikintisini yay mövsümünə qədər başa çatdırmağı tapşırıb. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir.
C.Qurbanov qeyd edib ki, Azərbaycan dəmir yollarının 60%-i Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. “Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq”, - deyə sədr vurğulayıb.
Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi üçün dövlət büdcəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə 75 mln. manat ayrılıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət