“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avstriyanın “ÖBB Rail Cargo Group” və Niderlandın “Cabooter Group” şirkətləri ilə Avropadan Mərkəzi Asiyaya yük daşımalarını genişləndirməyi planlaşdırır. Bu barədə QSC-dən məlumat verilir.
“Noyabrın 25-də Vyanada üç şirkət arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə Avropadan Mərkəzi Asiyaya və Çinə yük daşımalarının artırılması və genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər Avropada orta dəhlizi təşviq edəcək və qitədəki mövcud yük şəbəkələri, eyni zamanda, logistika mərkəzləri arasındakı əlaqələri gücləndirməyə dair razılığa gəliblər”, - məlumatda qeyd olunur.
Avstriyanın nəqliyyat, innovasiya və texnologiya federal naziri Andreas Reyxard qeyd edib ki, imzalanan memorandum, “ÖBB Rail Cargo Group”un Mərkəzi Asiya və Çinə doğru genişlənməsinin yeni bir strateji təşəbbüsüdür. Onun sözlərinə görə, Bakı Limanı bu təşəbbüsün inkişafında əsas rol oynayacaq. “Qısa zaman kəsiyində sözügedən marşrutun yüklərin daşınması vaxtı və həcmi baxımından çox səmərəli olacağı gözləyirik”, - Reyxard bildirib.
Öz növbəsində, Bakı Limanının baş direktoru Taleh Ziyadov imzalanmış sazişin qərbdən şərqə doğru Avropanın ən mühüm nəqliyyat qovşaqlarından sayılan Niderlandın Venlo şəhərindən və Almaniyadan Türkiyəyə (İstanbul), Azərbaycana (Bakı), Mərkəzi Asiyaya və daha sonra isə Çinə qədər uzanacaq nəqliyyat dəhlizinin genişləndirilməsində mühüm mərhələ oluğunu qeyd edib.
Bakı Limanının məlumatına görə, son 10 il ərzində Avropa İttifaqı ölkələrindən Çinə ixrac üç dəfə artıb və bu da öz növbəsində, Çini Aİ-nin ikinci ən böyük ticarət tərəfdaşı edir. “Bu, Bakı Limanı, “ÖBB Rail Cargo Group” və “Cabooter Group” şirkətləri üçün geniş imkanlar yaradır”, - məlumatda deyilir.
Avropada bir çox filialı və illik 2,3 milyard avro dəyərində dövriyyəsi olan “ÖBB Rail Cargo Group” qitənin aparıcı dəmir yolu logistika şirkətlərindən biridir. Avropada və Asiyadan kənarda, ölkə daxilində geniş logistika şəbəkəsini idarə edir. Şirkət hər il 474 milyon sərnişin və 113 milyon ton məhsulu təyinat yerinə çatdırır.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Ələt qəsəbəsində 400 hektar ərazidə həyata keçirilib. Hazırda burada bərə terminalı və tikinti işlərinin birinci mərhələsi çərçivəsində istifadəyə verilən Ro-Ro terminalı fəaliyyət göstərir. Limanın gücü 15 milyon quru yük və 100 min konteyner təşkil edir.
İkinci mərhələ başa çatdıqdan sonra limanın gücü 17 mln. ton yük və 150 min konteynerə qədər artacaq. Tikintinin üçüncü mərhələsi tamamlandıqdan sonra yeni liman 25 milyon ton yük və 1 milyon TEU konteyneri aşırma gücünə malik olacaq.
TBNM Xəzər regionu dövlətlərinin tranzit potensialının artırılması və inkişafı məqsədilə təşəbbüs olunan layihədir. Bu marşrut Çindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vasitəsilə Avropaya uzanır. TBNM-nin iştirakçılarının birgə fəaliyyəti nəticəsində Nomad Express konteyner xidməti yaradılıb. Artıq Çindən Azərbaycan, Gürcüstan və Türkiyəyə pilot konteyner qatarları işləyir. ** N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət