Bank “BTB” qarşıdakı illərdə korporativ və pərakəndə bankçılıq xidmətləri sahəsində fəaliyyətini genişləndirmək niyyətindədir. Bunu Bank “BTB” ASC-nin İdarə Heyətinin sədri Emil Rzayev deyib.
“Qarşıdakı illərdə korporativ bankçılıq əməliyyatlarında və pərakəndə bankçılıq xidmətləri sahəsində də fəaliyyətimizi genişləndirməyi, həmçinin mikro, kiçik və orta bizneslərə, o cümlədən, bu biznesin tərkib hissəsi hesab edilən ailə təsərrüfatlarına dolğun maliyyə xidmətlərinin göstərilməsini hədəfləmişik. İndidən məlumat verim ki, 2020-ci ilin sonunadək kredit portfelimizdə ciddi artımlar olacaq”, - Rzayev bankın mətbuat xidmətinə müsahibəsində bildirib.
Xəbər verildiyi kimi, 2019-cu il sentyabrın 30-na bankın kredit portfeli 185,887 milyon manat həcmində qiymətləndirilir.
Rzayev qeyd edib ki, son dövrlərdə yeni inkişaf layihələri üzrə xərclərin artmasına baxmayaraq gəlirlərimizin davamlı artımını müşahidə olunmasına baxmayaraq, bankın maliyyə göstəriciləri “kifayət qədər yaxşıdır və bu göstəricilər artmaqda davam edir”.
“Ötən ilin analoji dövrü ilə müqayisədə 2019-cu ilin ilk 9 ayı ərzində bankın xalis mənfəəti 2 dəfəyədək, kredit portfeli 15%, depozit portfeli isə 8% artmışdır. Bankın kredit portfelinin 50%-i real sektora ayrılan kreditlər təşkil edir ki, bu göstəricinin daha da artırılması gözlənilir. Maliyyə hədəflərinin formalaşdırılması zamanı əsas məqsəd gəlirlərin diversifiksiyasının təmin edilməsi və bankın dayanıqlı inkişafının dəstəklənməsidir. Növbəti illər üçün iddialı planlarımız formalaşıb və mən inanıram ki, peşəkar komandamız sayəsində bütün qoyulan hədəflərə müvəffəqiyyətlə nail olacağıq”, - bankın sədri bildirib.
Rzayev əlavə edib ki, bank qabaqcıl texnologiyaların tətbiqinin genişləndirilməsi və risklərin idarə olunmasının inkişafını davam etdirəcək.
“Qeyd edim ki, rəqəmsallaşma müştərilərin elektron vasitələrlə məsafədən audentifikasiyasının aparılmasını, fərdi olaraq onların ehtiyaclarının və problemlərinin həlli kimi yeni vəzifələrin icrasını, eyni zamanda yarana biləcək risklərin idarə olunması sistemlərinin qurulmasını tələb edir. Bank BTB olaraq son illərdə biz də bu mövzunu diqqətlə təhlil etmişik və strategiyamızda artıq nələri etməli olduğumuzu aydın müəyyən etmişik. Bu məqsədlə hazırda bankımızda çox təcrübəli 15 əməkdaşdan ibarət Risk departamenti formalaşdırılıb. Hər bir risk istiqaməti üzrə risklərin qiymətləndirilməsi və nəzarətə götürülməsi üzrə işlər icra edilir. Mərhələli şəkildə risk nəzarəti sistemlərinin avtomatlaşdırılması, sistemli təhlükəsizlik alətlərinin işə salınması bankımızın növbəti hədəfidir”, - bankın sədri vurğulayıb.
“Bank BTB” ASC 2010-cu ilin aprel ayında Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət