Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası cümə axşamı “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı II” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 2) üzrə Azərbaycana $250 mln. məbləğində ikinci kreditin ayrılmasını təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan”a bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, bu Proqram dövlət sektorunda idarə edilmənin yaxşılaşdırılması və iqtisadiyyatın şaxələndirilməsinə yönəlib. Azərbaycan hökuməti hüquqi və institusional strukturlarda islahatlar həyata keçirərək həm də işgüzar mühitin və kiçik və orta müəssisələrin maliyyəyə çıxışının yaxşılaşmasına imkan yaradır.
Bankdan qeyd edilib ki, Proqramın ikinci mərhələsinin reallaşdırılması üçün kredit vəsaiti 15 il müddətinə ayrılacaq.
Bu Proqram çərçivəsində Azərbaycan dövlət maliyyələşdirilməsi, dövlət şirkətlərində və maliyyə sektorunda korporativ idarə edilmənin yaxşılaşdırılması sahəsində 22 islahat reallaşdırıb. AİB-in qiymətləndirmələrinə əsasən, həyata keçirilən əsaslı islahatlardan biri dövlət şirkətlərində korporativ standartların tətbiqi ilə əlaqədar olub.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabrında bankın Direktorlar Şurası “Dövlət sektorunda effektivliyin artırılması və idarə edilməsi Altproqramı I” (Improving Governance and Public Sector Efficiency Program, Subprogram 1) üçün Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib.
Proqramın əsas məqsədi dövlət sektorunda idarəçiliyin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə yardım edilməsindən ibarətdir. Proqramın reallaşdırılması vergi-büdcə planlaşdırılmasını yaxşılaşdırmağa, iqtisadiyyatı şaxələndirməyə imkan yaradacaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank respublikaya $4 mlrd.-dan çox kredit ayırıb.**
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət