Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələri Qarabağ münaqişəsinin mümkün gərginləşməsinin qarşısını almaq məqsədilə Azərbaycanın silah satınalmasına dair sorğusuna imtina cavabı verməlidir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Bişkəkdə təşkilatın sammitində bildirib.
“KTMT Dağlıq Qarabağ ətrafında vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün zəruri vasitələrə malikdir. Mümkün gərginliyin qarşısını almaq məqsədilə KTMT-yə üzv ölkələr təhlükəsizliyin qorunması maraqlarına əsaslanaraq, Azəraycanın silah satın almağa dair yeni sorğularını cavabsız qoymalıdır”, - Paşinyan Bişkəkdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında qeyd edib.
“Hesab edirəm ki, yeni gərginlik nəinki Cənubi Qafqaz regionunda, həm də onun hüdudlarından kənarda faciəli nəticələrə gətirə bilər. Müharibə şəraitində olan Azərbaycan Suriyada təsir gücünü itirən, fəaliyyətləri üçün yeni ərazilər axtaran islamçı radikallar üçün rahat tramplinə çevrilə bilər. Həm də Azərbaycan coğrafi nöqteyi-nəzərdən çox rahat meydançadır, onun vasitəsilə radikallar bütün istiqamətlər üzrə - şimalda, cənubda, qərbdə və şərqdə fəaliyyət göstərə biləcəklər”, - Ermənistanın baş naziri bəyan edib.
Onun sözlərinə görə, Ermənistan Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə konstruktiv dialoqa hazırdır.
“Biz ATƏT-in Minsk qrupunun həmsədrləri formatında danışıqları davam etdirəcəyik, KTMT ATƏT-in Minsk qrupuna yardım göstərəcəyini dəfələrlə bəyan edib”, - Paşinyan bildirib və qrupa daxil olan rusiyalı vasitəçilərə minnətdarlığını bildirib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət