Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin çəkilişinə dair razılığa gəlib. Bu barədə «AzerTelecom» şirkətinin məlumatında deyilir.
“Turkmentel-2019” 12-ci Telekommunikasiya sərgisi çərçivəsində tərəflər arasında Azərbaycan-Türkmənistan marşrutu ilə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin birgə çəkilməsi, sahib olması və istifadəsi üzrə fəaliyyətin təşkilinə dair dövlətlərarası saziş imzalanıb.
Sənədi Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov və Türkmənistan Sənaye və Kommunikasiya Nazirliyi yanında «Туркменарагатнашык» agentliyinin rəhbəri Hacımurad Xudayquliyev imzalayıblar.
Azərbaycan tərəfindən layihənin operatoru «AzerTelecom», Türkmənistan tərəfindən - «Туркментелком» Telekommunikasiya operatorudur.
Kabel Siyəzən-Türkmənbaşı marşrutundan keçəcək.
“Bu magistral xətt Avropa ilə Asiya arasında Rəqəmsal İpək Yolu yaradacaq. Bu layihə Azərbaycan və Türkmənistan vasitəsilə sonra Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana Avropanın internet mərkəzlərindən internet trafik həyata keçirməyə imkan verəcək. Kabelin çəkilməsi də hər iki ölkənin və bütövlükdə regionun telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verəcək”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, AzerTelecom, Transtelecom və KazTransCom rabitə operatorları arasında 2018-ci ildə müvafiq üçtərəfli müqavilə imzalanıb. 19 mart 2019-cu il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası saziş imzalanıb və daha sonra hər iki ölkə rəhbərliyi tərəfindən təsdiq edilib.
19 noyabr tarixində Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub.
Xəzər dənizinin dibi ilə çəkiləcək xəttin uzunluğu təqribən 380-400 km. təşkil edəcək. Magistral kabel xəttinin məlumat ötürmə gücü isə 4-6 terabit/s-dən az olmayacaq. TransCaspian Fiber Optic hər iki ölkə üçün strateji vacib layihə olacaq və Avropa ilə Asiya arasında tranzit ehtiyaclarını tamamilə ödəyəcək.
AzerTelecom – Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom şaxələnmiş şəbəkə vasitəsilə Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir.
Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda AzerTelecom şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün Azerbaijan Digital Hub (ADH) proqramını icra edir. TransCaspian Fiber Optic kabel xəttinin tikintisi Azerbaijan Digital Hub proqramı çərçivəsində digər layihələrlə birlikdə Avropa ilə Asiya arasında Azərbaycandan keçəcək Rəqəmsal İpək Yolunun yaradılmasına xidmət edəcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət