Azərbaycan cümə günü istifadəyə verilən “Laçın” tankerini nəinki Xəzərdə, həm də Xəzərdən kənarda neft və neft məhsullarının daşınması üçün istifadə etmək niyyətindədir. Bunu prezident İlham Əliyev deyib.
“Laçın” tankeriBakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankeridir.
“Biz indi Xəzərdə ən böyük donanmaya malikik, 200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq. “Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Baltik kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək”, - Əliyev tankerin istismara verilməsiməsasimində bildirib.
Onun sözlərinə görə, yeni nəsil tankerin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır.
“Hazırda Bakı gəmiqayırma zavodunda müxtəlif təyinatlı gəmilərin inşası davam edir. Onların arasında quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri var”, - prezident qeyd edib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev qeyd edib ki, hazırda gəmiçiliyin balansında 20 tanker var. Hazırda dördü sifariş olunub və inşa edilir.
“Laçın” tankerinin tikintisinə 2017-ci ilin fevral ayında başlanılıb.
Tankerin dedveyti 7875 ton, uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Tankerlər xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9190 kubmetr olan 6 yük tankına malikdir. Gəmi 11 nəfərlik heyətlə idarə olunur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət