Prezident İlham Əliyev Azərbaycanda bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin reallaşdırılmasına xarici investorların marağı barədə bəyan edib.
“Şadam ki, bu sahəyə xarici investorlar da böyük maraq göstərirlər. Hazırda Azərbaycan Energetika Nazirliyi bu işlərlə məşğul olur, Yəni, sevindirici hal ondan ibarətdir ki, Azərbaycana investisiya qoymaq istəyən şirkətlər öz aralarında rəqabət aparırlar”, - Əliyev bazar ertəsi “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevi qəbul edərkən bildirib.
Onun sözlərinə görə tenderin qalibini açıq və şəffaf tender şərtlərinə uyğun müəyyən edilməlidir. “Çünki söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir”, - İ.Əliyev əlavə edib.
Xəbər verildiyi kimi, Azərbaycanda 2020-ci ilin yazında əvvəlcədən seçilmiş 8 coğrafi ərazidə bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsi üzrə hərrac keçiriləcək. 5 sahə külək enerjisi, 3 sahə isə günəş enerjisi üçün nəzərdə tutulub.
Azərbaycanda külək elektrik enerjisinin potensialı 3 min MVt, günəş elektrik enerjisinin iqtisadi potensialı 20 min MVt gücündə qiymətləndirilir.
Bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.
Qiymətləndirmələrə görə, bərpaolunan enerji mənbələrinin potensialı 26 min MVt ətrafındadır.
Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt•st elektrik enerjisi 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət