Azərbaycan Mərkəzi Bankı (AMB) 2020-ci ildə inflyasiyanı 4±2 faiz dəhlizində saxlamaq niyyətindədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“2020-ci ildə də pul siyasətinin son hədəfi inflyasiyanın 4±2 faiz dəhlizində saxlanılmasını təşkil edəcək. Bu hədəfə nail olmaq üçün Mərkəzi Bank arsenalında olan bütün alət və mexanizmlərdən adekvat istifadə edəcək, pul siyasətini həyata keçirərkən öz qərarlarının ardıcıllığı və nəticə əsaslı olmasını diqqətdə saxlayacaq”, - deyə məlumatda bildirilir.
2020-ci ildə bir sıra daxili və qlobal risklər inflyasiya hədəfinə nail olmağa təsir göstərə bilər. Qlobal risklər ilk növbədə, dünya iqtisadiyyatının gözlənildiyindən aşağı templə artması, proteksionizm meyillərinin davam etməsi və geosiyasi gərginliklər şəraitində neftin mümkün qiymət dəyişkənliyi ilə bağlıdır.
“Daxili risklərə fiskal aktivlik və fiskal kəsir nəticəsində pul kütləsinin genişlənməsini, istehlak kreditlərinin inflyasiya genuşlənməsini, eləcə də gözləntilərin assimetrikliyini aid etmək olar”, - deyə AMB qeyd edir.
Noyabrda 12 aylıq inflyasiya hədəf diapozonunun mərkəzindən də aşağıda olmaqla 2.6% təşkil edib.
“Son bir ildə istehlak səbətinə daxil olan məhsulların 8.8%-nin qiyməti dəyişməyib, 15.4%-nin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 46.4%-nin qiymət artımı 2%-dən aşağı olub. İstehlak səbətində əhəmiyyətli çəkiyə malik ərzaq məhsulları üzrə qiymət indeksi noyabrda 4.8% artıb. Qeyri-ərzaq məhsulları və xidmətlər üzrə illik bahalaşma templərinin (müvafiq olaraq 1% və 0.9%) azalması ümumi inflyasiyaya məhdudlaşdırıcı təsir göstərir”, - deyə məlumatda vurğulanır.
2019-cu ilin 11 ayında orta illik baza inflyasiya 2.4% təşkil edib.
Hökumətin proqnozlarına görə, 2020-ci ildə inflyasiya 4.6% olacaq.*
Ə.Məmmədov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət