“Cənub Qaz Dəhlizi” (CQD) QSC 2019-cu ildə CQD layihəsinin reallaşdırılması üçün Asiya İnkişaf Bankının $500 milyon məbləğində kreditindən imtina edib.
“2019-cu ildə CQD AİB-nin $500 milyon məbləğində kredit xəttini ləğv edib. Bu zamana qədər kredit vəsaiti sərf olunmayıb”, - “İnterfaks-Azərbaycan”a maliyyə və neft-qaz bazarlarındakı iki mənbə məlumat verib.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası dekabrın 7-də “Şahdəniz” qaz yatağının 2-ci mərhələsinə dəstək üçün $1 mlrd. məbləğində kredit ayırıb.
Maliyyə dəstəyinə “Cənub Qaz Dəhlizi” (CQD) QSC üçün özəl sektora $500 mln. vəsaitin ayrılması və əlavə $500 mln. məbləğində kredit üçün zəmanətin verilməsi daxildir. Zəmanət CQD tərəfindən cəlb edilən kommersiya kreditlərinə aiddir.
“Cənub Qaz Dəhlizi” (CQD) QSC CQD layihəsinin komponentlərinin səmərəli idarəolunması məqsədilə yaradılıb. Cəmiyyətin kapitalında SOCAR-ın payı 49%, dövlətin payı – 51% təşkil edir.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və Adriatik dənizini birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
Layihənin ümumi dəyəri təxminən $38 milyard təşkil edir.
10 milyard kubmetr həcmində Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə gözlənilir. Bundan başqa, 6 milyard kubmetr həcmində Azərbaycan qazı Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz 2018-ci ilin yayından ixrac edilir.* “Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət