Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov 2019-cu ildə bankların kredit fəallığının artımını qeyd edir, istehlak kreditləşməsi buna təkan verib.
“Maliyyə sektorunda canlanma müşahidə olunur. Düzdür, bank sektorunun restrukturizasiyası hələ başa çatmayıb. Biz kreditləşmənin artımını müşahidə edirik, buna əsasən istehlak kreditləşməsi təkan verib. Əfsuslar olsun ki, biznesin kreditləşməsində mühüm dərəcədə artım görmürük”, - Rüstəmov cümə günü sahibkarlar və bank sektorunun nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə AMB–nin əsas vəzifələrindən biri maliyyə sektorunun inkişafıdır. “Maliyyə sabitliyi təmin olunacaq, bank sektorunun restrukturizasiyası ilə bağlı tədbirləri davam etdirəcəyik. Bundan əlavə, sığorta sektorunun genişləndirilməsi, kapital bazarlarının rolunun artırılması layihələri həyata keçiriləcək. Bu istiqamətlərdə ambisiyalı planlarımız var”, - o qeyd edib.
Rüstəmov vurğulayıb ki, AMB maliyyə sektorunun tənzimlənməsi üzrə nəzarət funksiyalarının əldə olunması prosesini başa çatdırıb.
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 16-da 2019-cu ilin 9 ayı ərzində Azərbaycanın social-iqtisadi inkişafına həsr olunan iqtisadi müşavirədə bildirib ki, iqtisadiyyatın real sektorunun maliyyələşməsində bank sektorunun rolundan narazıdır. “Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik”, - Əliyev deyib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət