Azərbaycan hökumət müxtəif klasterlərin yaradılması hesabına qeyri-neft ixracının artırılmasını imkanını nəzərdən keçirir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Qeyri-neft iqtisadiyyatının və ümumiyyətlə qeyri-neft ixracının, o cümlədən iqtisadi artımın sürətləndirilməsinə dair göstərişlərinizə əsasən kənd təsərrüfatı və aqro klaster, neft-kimya sənayesi və bu sahəyə qoyulmuş irihəcmli sərmayələr və əldə olunan uğurlu nəticələr ətrafında böyük, kiçik və orta biznes klasterinin yaradılması nəzərdən keçirilir”, - Cabbarov Azərbaycan prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bildirib.
Nazirin sözlərinə görə, xidmət turizmi, əyləncə industriyası, nəqliyyat və ticarət logistikası və digər bu kimi klasterlər istiqamətində araşdırmaların aparılması zərurət var. “Bu, ixracın həm əmtəə tərkibinin, həm də coğrafiyasının şaxələnməsinə geniş imkanlar açır”, - Cabbarov qeyd edib.
O vurğulayıb ki, nazirliyin hədəfi əsas kapitala investisiyların xüsusi çəkisini artırmaqdır. 2019-cu ildə bizim əsas kapitala investisiyaların ümumi daxildəki payı 23,2% təşkil edib. Bizim hədəfimiz, heç olmasa, 25%-ə çatmaq və ondan daha yuxarı səviyyədə qalmaqdır. Bu prizmadan baxsaq, özəl sərmayələrin cəlb edilməsi üçün zəruri olan şərtlərin və şəraitlərin ölkə iqtisadiyyatı daxilində yaradılmasıdır. Bizizm bazara, həm də üçüncü ölkələrin bazarlarına çıxış əldə etmək üçün şərait yaratmaq lazımdır. Bu, istər xarici, istərsə də yerli özəl sərmayəçilər üçün böyük əhəmiyyət kəsb edir. Biz gələcəkdə istər sərbəst ticarət sazişləri, istərsə də xüsusi rejimli ticarət sazişləri ilə bağlı təklifləri hazırlayırıq”, - nazir vurğulayıb. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət