İqtisadiyyat Nazirliyi qeyri-neft ixracının təşviqi mexanizmlərinin sayı və formatını nəzərdən keçirməyi planlaşdırır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Qeyri-neft ixracının təşviqi üzrə mexanizmlərə yeni yanaşmaların tətbiqini zəruri hesab edirəm. Bu mexanizmlərin effektivliyinə təkrar baxılmalıdır. Bundan başqa, qüvvədə olan mexanizmlərin bəzilərinin müddəti bu il başa çatır”, - Cabbarov cümə axşamı mətbuat konfransında “İnterfaks-Azərbaycan”ın müxbirinin sualına cavabında bildirib.
Nazir qeyd edib ki, dəstək mexanizmlərini sahibkarların fəaliyyətinin keyfiyyətinin artırılması və xarici bazarlara çıxışı sadələşdirmək məqsədilə onların maarifləndirilməsinə yönəltmək lazımdır.
Cabbarov əlavə edib ki, nazirlik həmçinin Made in Azerbaijan brendinin təşviqi işlərini davam etdirəcək.
“İlk növbədə, bu istiqamətdə Made in Azerbaijan brendi altında istehsal olunan məhsulların keyfiyyətinin yoxlanılmasını zəruri hesab edirəm. Biz yalnız keyfiyyəti şübhə doğurmayan, çox yüksək səviyyəli və bütün standartlara cavab verən məhsulları xarici bazarlara çıxarmalıyıq”, - Cabbarov deyib.
Öz növbəsində, AZPROMO-nun rəhbəri Yusif Abdullayev qeyd edib ki, Made in Azerbaijan brendinin və qeyri-neft ixracının təşviqi çərçivəsində 2019-cu ildə Azərbaycan şirkətlərinin vahid stend ilə 11 sərgidə iştirakı təmin olunub. “Bundan əlavə, 9 ixrac missiyası təşkil edilib. Qeri-neft məhsullarının ixracatçılarına təşviq məqsədilə 9 milyon manat ödənilib. Bu vəsait $150 mln. məbləğində qeyri-neft məhsullarının ixracını stimullaşdırıb”, - Abdullayev vurğulayıb.
2019-cu ildə Azərbaycanın qeyri-neft məhsullarının ixracı $1,9 milyardı ötüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft ixracı $3 milyardı ötəcək. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət