Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkəti ölkənin Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün regional rəqəmsal mərkəzə çevrilməsi istiqamətində “Azerbaijan Digital Hub” proqramının icrasına davam edir.
Proqramın ilk fazasında şirkət ölkə daxilində və xaricində dayanıqlı magistral infrastruktur quruculuğu üzrə layihələr reallaşdırır. Hazırda Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutları üzrə Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi layihələrinə başlanılıb. Bu marşrutlar üzrə fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə 19 mart 2019-cu il tarixdə Azərbaycanla Qazaxıstan, 28 noyabr tarixində isə Azərbaycanla Türkmənistan arasında dövlətlərarası sazişlər imzalanıb.
Sazişlərə əsasən, Azərbaycan-Qazaxıstan marşrutu üzrə 400 km uzunluqda xəttin (TransCaspian Fiber Optic – TCFO) çəkilişini Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstanın isə KazTransCom və Transtelecom şirkətləri icra edəcək. Layihənin 2021-2022-ci illərdə tamamlanması planlaşdırılır. Ötən ilin noyabr ayında Qazaxıstanın Aktau şəhərində Azərbaycan-Qazaxıstan marşrutu üzrə layihənin təməlqoyma mərasimi keçirilib və tədbirdə hər iki ölkənin baş naziri, dövlət rəsmilərivə layihəni icra edən şirkətlərin rəhbərləri iştirak ediblər.
Azərbaycan-Türkmənistan marşrutunun uzunluğu isə 300 km olacaq və layihəni AzerTelecom və Türkməntelekom operatorları icra edəcək.
AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, Qazaxıstan istiqaməti üzrə xəttin məlumat ötürmə gücü ən azı 4-6 terabit/s, Türkmənistan istiqaməti üzrə isə 2-3 terabit/s olacaq.
“Ölkə başçısı cənab Prezident İlham Əliyev 15 yanvar tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi məsələsinə toxunmuş, layihənin önəmli olduğunu bildirmiş və qeyd etmişdir ki, bir halda ki Azərbaycan artıq Avrasiyanın önəmli nəqliyyat mərkəzlərinin birinə çevrilib, ölkəmiz mütləq rabitə, internet və fiber-optik rabitə xətlərinin çəkilməsi istiqamətində də mərkəzə çevrilməlidir. Cənab Prezidentin diqqət mərkəzində olan bu strateji layihələrin “Azerbaijan Digital Hub” proqramı çərçivəsində icrası əsas hədəfimizdir” – deyə Fuad Allahverdiyev qeyd edib.
Xəzərin dibi ilə magistral xətlərin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə tarixi ipək yolunun üzərində rəqəmsal ipək yolu formalaşacaq. Qazaxıstan istiqaməti üzrə Qazaxıstanın və Çinin, Türkmənistan istiqaməti isə Türkmənistan, Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistanın data trafikinə olan ehtiyacı təmin ediləcək.
AzerTelecom Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkətinin törəmə müəssisəsidir. AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət