SOCAR hazırda Bakı-Novorossiysk boru kəməri ilə neft nəql etmir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
“Hazırda Bakı-Novorossiysk kəməri ilə Azərbaycan nefti nəql edilmir. Bununla belə, SOCAR gələcəkdə bu kəmərdən istifadə mümkünlüyünü istisna etmir”, - deyə o qeyd edib.
İ.Əhmədov Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin nəqlinin dayandırılması səbəblərini açıqlamayıb və qeyd edib ki, əldə olan məlumata görə, bu neft kəmərində müəyyən təmir-profilaktika işləri aparılır.
"Hazırda SOCAR neft həcmlərini əsasən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac edir", - deyə İ.Əhmədov əlavə edib.
Daha əvvəl “İnterfaks”ın qrafiklə tanış olan mənbəyə istinadən verdiyi məlumata görə, 2020-ci ilin I rübündə 325 min ton Azərbaycan neftinin Novorossiysk istiqamətində ixracı planlaşdırılır.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, SOCAR 2019-cu ildə Bakı-Novorossiysk boru kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu da 2018-ci illə müqayisədə 36,5% azdır.
2019-cu ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 26 milyon 660.1 min ton (azalma 2,8%) Azərbaycan nefti, o cümlədən SOCAR tərəfindən 604,1 min ton neft nəql edilib.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət