“Amrahbank” 2019-cu il ərzində aktivlərini 9,2% - 209,044 mln. manatadək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Hesabat dövrünün sonuna müştərilərə verilmiş kredit və avansın həcmi (bu kreditlər üzrə mümkün zərərin ödənilməsi üçün ehtiyatlar nəzərə alınmadan) 114,23 mln. manat (azalma 13,2%), həmçinin istehlak kreditləri – 78,209 mln. manat təşkil edib (azalma 4%).
2019-cu il dekabrın 31-nə “Amrahbank”ın öhdəlikləri 200,162 mln. manata (azalma 4,9%), depozitləri 175,156 mln. manata (azalma 5,8%), həmçinin əhalinin əmanətləri – 152,457 mln. manata bərabərdir (azalm 2,4%).
2020-ci ilin əvvəlinə bankın kapitalı 8 mln. 882,25 min manat (azalma 55,2%), nizamnamə kapitalı 39 mln. 844,4 min manat (dəyişməyib) təşkil edir.
2019-cu ilin yekunları üzrə bankın xalis zərəri 11 mln. 152,21 min manat təşkil edib (2018-ci ilin göstəricisi ilə müqayisədə azalma 11,2% - İF).
“Amrahbank” ASC 1993-cü ildə yaradılıb. Bankın səhmdarları 4 fiziki və 1 hüquqi şəxsdir (Beynəlxalq İnvestisiya Bankı). ASC-nin səhm nəzarət paketi (53,17%) fiziki şəxs Yunis İldırımzadəyə məxsusdur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət