2019-cu ildə bankların Bakıda müştərilərin kreditləşdirilməsi üzrə portfeli 11,8% - 11 milyard 954,445 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2020-ci il yanvarın 1-nə Bakıda borcalanlara verilmiş kreditlərin həcmi respublika üzrə bankların bütün kredit qoyuluşlarının 80,2%-ni təşkil edir. Ümumilikdə paytaxtda banklar tərəfindən kreditlər orta hesabla illik 9,3%, respublika üzrə isə 11,1% dərəcəsi ilə verilir.
2020-ci il yanvarın 1-nə Bakıda milli valyuta ilə verilmiş kreditlərin həcmi 6 milyard 896,557 milyon manat, xarici valyuta ilə verilmiş kreditlərin həcmi 5 milyard 57,888 milyon manat təşkil edir. Bununla yanaşı, milli valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi orta hesabla 11,9%-ə, xarici valyuta ilə 5,7%-ə bərabərdir.
1 yanvar tarixinə regionlarda banklar tərəfindən müştərilərə 2 milyard 946,491 milyon manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 26,6%) kredit verilib.
Kommersiya bankları aşağıdakı regionlarda hüquqi və fiziki şəxslərin kreditləşdirilməsinə üstünlük verir: Aran iqtisadi rayonunda 763,656 milyon manat (orta faiz dərəcəsi illik 20,7%), Gəncə-Qazax iqtisadi rayonunda 621,605 milyon manat (18,4%), Abşeron iqtisadi rayonunda 546,554 milyon min manat (15,6%), Lənkəran iqtisadi rayonunda 282,766 milyon manat (20,1%) həcmində kredit verilib.
Kreditləşmənin qalan həcmi respublikanın digər iqtisadi rayonlarının payına düşür.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət