Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) İnvestisiya Fondunun yaradılması ilə bağlı işlər 2020-ci ilin sonunadək başa çatacaq. Bu barədə Türk Şurasının baş katibi Bağdad Amreyev məlumat verib.
“Müvafiq beynəlxalq təşkilatlarla danışıqlar aparılıb. Bu zaman aparılan araşdırmalar və hesablamalar barədə Şuranın xarici işlər nazirlərinə məlumat vermişəm. Düşünürəm ki, bu ilin sonunadək Türkiyədə keçiriləcək növbəti sammitə qədər Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı bütün işlər başa çatacaq”, - deyə o, bu gün Bakıda keçirilən Türk Şurasına üzv dövlətlərin xarici işlər nazirlərinin növbədənkənar toplantısının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Baş katibin sözlərinə görə, bu, TDƏŞ ölkələrinin işgüzar dairələrinin nümayəndələri arasında əməkdaşlığa təkan verməlidir.
B.Amreyev, həmçinin vurğulayıb ki, fondun yaradılması prosesini sürətləndirmək üçün maliyyə qurumlarının cəlb olunması vacibdir. "Əvvəllər yaradılmış Türk Ticarət Palatası iqtisadi əlaqələrin möhkəmləndirilməsində əsas təşkilatlardan biri olmalıdır", - deyə o əlavə edib.
TDƏŞ 2009-cu ildə yaradılıb. Təşkilatın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədir, Macarıstan isə müşahidəçi statusuna malikdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət