NEQSOL Holding-ə daxil olan Ukraynada ikinci böyük mobil rabitə operatoru “Vodafone Ukrayna” beynəlxalq kapital bazarlarında 6,2% dərəcəsi ilə 500 milyon ABŞ dolları məbləğində 5 illik müddətə avroistiqrazlarının yerləşdirməsini uğurla həyata keçirib.
Yerləşdirmə 500 milyon ABŞ dolları məbləğində nəzərdə tutulsa da, beynəlxalq kapital bazarı iştirakçıları tərəfindən yüksək etimadın göstəricisi olaraq 3 milyard ABŞ dollarına yaxın məbləğdə istiqrazlara tələb olub. “Vodafone Ukrayna” şirkətinin korporativ reytinqlərinə uyğun olaraq istiqrazlara “S&P” tərəfindən “B” və “Fitch” tərəfindən “B” reytinqlərinin veriləcəyi gözlənilir.
İstiqrazların 6.2% illik dərəcəsi Ukraynadan olan korporativ emitentlər arasında ABŞ dollarında ən aşağı faiz dərəcəsini əks etdirir. Emissiya məbləği Ukraynadan olan korporativ emitentlər arasında ən iri debüt yerləşdirmə məbləğinə bərabərdir.
“İstiqrazların yerləşdirilməsi NEQSOL Holding-in və Vodafone Ukrayna şirkətinin inkişaf strategiyasına uyğundur. Yerləşdirilmə zamanı Ukraynadan olan korporativ emitentlər arasında ən aşağı qiymətə nail olmuşuq. Mən bütün komanda üzvlərini və tərəfdaşları bu mühüm nailiyyətlə təbrik edirəm,” deyərək NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib.
“Ən aşağı qiymətlə böyük məbləğdə istiqrazların yerləşdirilməsini NEQSOL Holding-in yüksək beynəlxalq maliyyə, komplayens və şəffaflıq standartlarına uyğun fəaliyyətinin göstəricisi hesab edirik. Bunu fəaliyyətimizə artan inamın və marağın pozitiv göstəricisi kimi qəbul edirik. Düşünürəm ki, bu Azərbaycan və Ukrayna şirkətlərinin beynəlxalq kapital bazarlarında nüfuzunun artması baxımından böyük uğurdur,” deyərək Yusif Cabbarov əlavə edib.
“İstiqrazların yerləşdirilməsi münasib şərtlərlə 5-illik müddətə planlanıb. İstiqrazların qiymətini və məbləğini bizim güclü mövqeyimizi təsdiqləyən göstərici hesab edirik. Bu yalnız Vodafone Ukrayna şirkəti üçün deyil, bütün Ukrayna bazarı üçün mühüm nailiyyətdir,” Vodafone Ukrayna şirkətinin Baş Direktoru Olqa Ustinova bildirib.
“Vodafone Ukrayna” şirkətinin maliyyələşdirilməsi məqsədi ilə qiymətli kağızların emitenti qismində VFU Funding PLC çıxış edib. Avroistiqrazlar İrlandiya Fond Birjasında Euronext Dublin kotirovka siyahısına daxil ediləcək. Vodafone Ukrayna şirkəti əldə edilən vəsaiti daha əvvəlki kreditin ödənişi, qalan hissəsini isə digər ümumi korporativ məqsədlərə istifadə edəcək.
J.P. Morgan, yeganə qlobal koordinator və yerləşdirmənin birgə təşkilatçısı, Raiffeisen Bank İnternational yerləşdirmənin birgə lead-meneceri və birgə təşkilatçısı, və Dragon Capital və ICBC Standard Bank yerləşdirmənin birgə lead-menecerləri qismində çıxış ediblər.
NEQSOL Holdinq müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərir. Holdinqin əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sənayesi aiddir. Holdinqə daxil şirkətlərin fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxıstan, BƏƏ və digər ölkələri əhatə edir. NEQSOL Holding fəaliyyətində beynəlxalq maliyyə və komplayens standartlarını əsas tutur və beynəlxalq səviyyədə əldə etdiyi müxtəlif uğurlar bunu əks etdirir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət