2020-ci ilin I yarısında “Azərbaycan” İES əsaslı təmirdən sonra Mingəçevir İstilik Elektrik Stansiyasını tam gücü ilə istifadəyə verəcək. Bunu prezidenti İlham Əliyev deyib.
“2019-cu ildə elektrik enerjisinin generasiyası üzrə itirilmiş təqribən 400 MVt gücləri bərpa olunub. Bunun əsas hissəsi Mingəçevir İstilik Elektrik Stansiyasının payına düşüb. Bu stansiya cari ilin birinci yarısında tam gücü ilə istifadəyə veriləcək”, - İ.Əliyev bazar ertəsi əsaslı şəkildə yenidən qurulan "Dübəndi" yarımstansiyanın açılışında bildirib.
Dövlət başçısı məlumat verib ki, bütövlükdə cari il "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən reabilitasiya proqramı çərçivəsində daha 300-400 MVt “itirilmiş” generasiya gücləri bərpa edəcək.
“Bu proqrama stansiyalar, yarımstansiyalar, transformatorlar daxildir”, - Əliyev əlavə edib.
Yanvarın əvvvəlində prezident İlham Əliyev məlumat verib ki, Mingəçevir İstilik Elektrik Stansiyasının 5 bloku əsaslı təmir edildi, yenidən quruldu və təqribən 400 meqavatlıq itirilmiş güclər bərpa edildi. “Mingəçevir İstilik Elektrik Stansiyasının qalan 3 blokunda 2020-ci ildə yenidənqurma işləri aparılacaq və əlavə enerji, generasiya gücü əldə ediləcək
Xəbər verildiyi kimi, “Azərenerji” ASC 2018-ci ilin sentyabr ayından “Peabilitasiya Proqramı”nın realaşdırlmasına başlayıb. Proqram Azərbaycanda 12 elektrik stansiyasını əhatə edir. Reabilitasiya proqramı çərçivəsində ümumilikdə 1000 meqavata yaxın “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub Reabilitasiya proqramının dəyəri 560 mln. manatdır.
Xəbər verildiyi kimi, 2018-ci il iyulun 3-nə keçən gecə “Azərbaycan” İES-də baş vermiş qəza nəticəsində ölkənin 39 şəhər və rayonunun enerji təchizatı kəsilib.
“Azərenerji” ASC-nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi iyulun 3-də ölkənin enerji sistemində qəzanın əsas səbəblərindən biri olub.
Bu rəy prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış və baş nazirin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi xüsusi Dövlət Komissiyası tərəfindən hazırlanıb.
Elektroenergetika sisteminin təhlükəsiz, dayanıqlı, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi üçün Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Almaniyanın VPC şirkəti arasında “Azərbaycan” İES-in texniki auditi, onun reabilitasiyasına dair Baş Planın, eləcə də “Azərenerji” ASC-nin ötürmə sisteminin optimallaşdırılmasına dair proqramın hazırlanması üzrə müqavilə imzalanaraq onların icrasına başlanıb.
Bundan başqa, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə xarici ekspertləri cəlb etməklə “2018-ci ildə baş vermiş qəza hallarının təhlili və Azərbaycan Respublikasının enerji sisteminin elektrik şəbəkəsinin gücləndirilməsinə dair tövsiyələrin hazırlanması” layihəsi üzrə işləri davam etdirir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət