ARDNŞ-nin törəmə strukturu olan SOCAR Georgia Gas Gürcüstanın bir neçə regionunda 155,31 min metr ümumi uzunluğunda qaz boru kəməri alıb.
Gürcüstan hökumətinin rəsmi saytındakı məlumata əsasən, qaz kəmərləri 6,2 milyon lari (cari məzənnə ilə 2,2 milyon dollara yaxın - İF) birbaşa satış qaydası ilə Azərbagcan şirkətinə verilib.
Razılaşmanın şərtlərinə görə, ödniş 2027-ci ildə başlanmalıdır və 10 il ərzində bərabər pay ilə (illik 615,437 min lari) mərhələli şəkildə həyata keçirilməlidir.
Xüsusilə, SOCAR Georgia Gas beş bələdiyyənin ərazisində qaz paylayıcı şəbəkənin sahibi oldu.
Xəbər verildiyi kimi, 2019-cu ilin iyul ayında SOCAR Georgia Gas Gürcüstanın bir sıra regionlarında 24,2 milyon lariyə 708,5 metr ümumi uzunluğunda, bir il əvvəl isə - 21,3 milyon lariyə 594 min metr uzunluğunda qaz boru kəməri alıb.
2008-ci il dekabrın 26-da SOCAR və Gürcüstan hökuməti şirkət tərəfindən ölkənin qaz infrastrukturuna sərmayə qoyuluşu şərtilə 23 regional qazpaylayıcı şirkət və bir sıra qaz təsərrüfatı və şəbəkəsinin onun idarəçiliyinə verilməsi haqqında müqavilə imzalayıb. 2012-ci ilin oktyabr ayında SOCAR “İTERA İnternational Energy LLC” şirkətinin 100%-lik törəmə strukturu olan “İtera Georgia” şirkətinin sahibi oldu. Bununla, ARDNŞ Tbilisi istisna olmaqla Gürcüstanın regionlarında təbii qaz tədarükçüsü və bölüşdürücüsü oldu.
Hazırda SOCAR Gürcüstana təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsüdür. ARDNŞ-ın törəmə şirkətləri Kulevi portunda neft terminalının sahibidirlər. Bu port vasitəsilə Azərbaycan neft və neft məhsullarının dünya bazarlarına ötürülməsi həyata keçirilir. Həmçinin şirkətlər qazpaylayıcı sistemlərin genişləndirilməsi və modernləşdirilməsi, o cümlədən “SOCAR” brendi altında avtomobil yanacaq doldurma stansiyalarının şəbəkəsinin inkişaf etdirilməsi ilə məşğuldurlar.
Şirkət Gürcüstanda fəaliyyət göstərdiyi illər ərzində müxtəlif layihələrə $1,5 mlrd.-dan artıq investisiya yatırıb. SOCAR Georgia Gas 6 min km-dən artıq uzunluğunda qaz boru kəməri çəkib, bu da 250 mindən çox yeni abonenti qazlaşdırmağa imkan verib. Hazırda şirkət Gürcüstanda 600 mindən çox qaz abonentinə xidmət göstərir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət