2020-ci il ərzində Azərbaycanda əvvəlcədən seçilmiş 5 coğrafi ərazidə bərpaolunan enerji mənbələri sahəsində layihələrin reallaşdırılması ilə əlaqədar hərrac keçirilə bilər. Energetika nazirinin müavini Elnur Soltanov belə hesab edir.
“Bərpaolunan enerji mənbələri sahəsində yeni obyektlərin tikintisi üçün 8 sahə seçilib. Onlardan 3 sahədə ACWA Power və Masdar şirkətləri tərəfindən külək və günəş elektrik enerjisi stansiyaları inşa olunacaq. Yeni elektrik stansiyalarının tikintisinə dair qalan sahələrlə bağlı hərrac 2020-ci ildə baş tuta bilər”, - Soltanov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, hərracların keçirilməsinə hazırlıq işi aparılır, çünki Azərbaycan bu cür layihələrin reallaşdırılması üçün böyük potensiala malikdir.
“Eyni zamanda, hazırda bərpaolunan enerji mənbələri sahəsində qanunvericilik bazası hazırlanır. Bundan əlavə, potensial olaraq beş maraqlı olan şirkət var. Beləliklə, cari il ərzində hərracın keçirilməsi ehtimalı çox yüksəkdir”, - Soltanov bildirib.
O əlavə edib ki, hazırda Azərbaycanda bərpaolunan enerji mənbələrinin generasiya gücünün potensialı 26,94 min MVt təşkil edir. Bunlardan külək elektrik enerjisinin potensialı 3 min MVt, günəş elektrik enerjisinin – 23,04 min MVt, bioenerjinin potensialı – 380 MVt, dağ çaylarının potensialı – 520 MVt təşkil edir.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev jurnalistlərə məlumat verib ki, hazırda Azərbaycanın enerji sisteminin ümumi gücü 7,144 min MVt təşkil edir, bunun 17%-i bərpaolunan enerji mənbələri sahəsinin payına düşür. Azərbaycanda elektrik enerjisinin faktiki istehsalında iri su elektrik stansiyalarının gücü nəzərə alınmaqla bərpaolunan enerji mənbələri sahəsinin payı 8,2% təşkil edir.
Energetika Nazirliyi qarşısında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması vəzifəsi durur.
Xəbər verildiyi kimi, Azərbaycanda 2020-ci ilin yazında əvvəlcədən seçilmiş 8 coğrafi ərazidə bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsi üzrə hərrac keçiriləcək. 5 sahə külək enerjisi, 3 sahə isə günəş enerjisi üçün nəzərdə tutulub. Söhbət təqribən 400-500 meqavat gücündə bərpaolunan elektrik stansiyalarının inşasından gedir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət