Azərbaycan 2019-cu ildə 50 tona yaxın qızıl idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2019-cu ildə Azərbaycana $2 milyard 111 milyon 769,55 min dəyərində 49 min 602,6 kq yarımemal edilmiş qızıl (nomenklatura kodu 710813) idxal edilib”, - hökumətin məlumatında bildirilir.
2018-ci ildə ölkəyə $814 milyon 993,1 min dəyərində 20 min 509,99 kq qızıl idxal edilib. Beləliklə, 2019-cu il ərzində Azərbaycana qızıl idxalı miqdar ifadəsində 2,4 dəfə, dəyər ifadəsində 2,6 dəfə artıb.
Hesabat dövründə Azərbaycana qızıl idxalı İsveçrə ($1 milyard 96 milyon 970,74 min dəyərində 25 min 605,89 kq), Kanada ($378 milyon 701,11 min dəyərində 8 min 981,45 kq), ABŞ ($333 milyon 38,24 min dəyərində 7 min 878,94 kq), Avstraliya ($291 milyon 936,4 min dəyərində 6 min 868,96 kq) və Braziliyadan ($11 milyon 123,07 min dəyərində 267,36 kq) həyata keçirilib.
Qızıl idxalının əhəmiyyətli dərəcədə artması Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən aktivlərin strukturunun şaxələndirilməsi üçün qızıl alışı ilə əlaqədardır.
Bundan başqa, 2019-cu ildə Azərbaycan $15 milyon 811,33 min dəyərində 400,15 kq qızıl (nomenklatura kodu 710820) idxal edib. İdxalın bütün həcmi İsveçrənin payına düşüb.
Hesabat dövründə Azərbaycan $172 milyon 435,3 min dəyərində 4 min 802,44 kq qızıl ixrac edib. İxracın bütün həcmi İsveçrənin payına düşüb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycandan $118 milyon 39,42 min dəyərində 2 min 904,26 kq qızıl ixrac edilib. Beləliklə, hesabat dövründə qızıl ixracı miqdar ifadəsində 65,4%, dəyər ifadəsində 46,1% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 3 min 711,6 kq qızıl hasil edilib (2018-ci ilin gstəricisi ilə müqayisədə artım 6,8%).
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl hasilatı 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.
Bundan başqa, prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət