Azərbaycan Mərkəzi Bankı xarici valyutada ticarət idxal əməliyyatları zamanı valyuta rejiminin sadələşdirilməsinə dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan”a AMB-dən məlumat verilib.
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti 2 il müddətinə qədər uzadılıb. İndiyədək bu müddət 270 gün olub”, - AMB-dən qeyd edilib.
Bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.
Bundan əlavə, bankdan bildirilib ki, idxal olunmayan mal və xidmətlərin dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.
“Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul edilib. Hazırda tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsula nisbəti ikirəqəmli ədədlərlə ölçülür. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft ixracının təşviqi istiqamətində görülmüş işlər profisitli tədiyə balansının formalaşmasında həlledici rol oynayıb”, - bankdan məlumat verilir.
O cümlədən, son illər kapitalın və maliyyənin hərəkəti hesabında da əhəmiyyətli yaxşılaşma qeydə alınıb.
Tənzimləyici gözləyir ki, valyuta rejiminin liberallaşdırılması həm də ölkədə sahibkarlıq üçün fəaliyət mühitinin daha da yaxşılaşdırılmasına dəstək olacaq. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət