2019-cu ildə Azərbaycan 114 min 305,29 ton azot gübrələri ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilir.
“2019-cu ildə Azərbaycandan azot gübrələrinin (sidik cövhəri və ammonium sulfat) ixrac həcmi $18 milyon 340,03 min məbləğində 114 min 305,29 ton təşkil edib”, - hökumətdən bildirilir.
Həmçinin, hesabat dövründə Azərbaycandan sidik cöhvərinin ixracı $18 milyon 236,03 min məbləğində 113 min 900,29 ton olub. Sidik cöhvərinin ixracının əsas həcmi Braziliya - $5 milyon 98,72 min məbləğində 32 min 759,84 ton, Bolqarıstan - $4 milyon 358,03 min məbləğində 26 min 550,42 ton, Türkiyə - $3 milyon 550,89 min məbləğində 22 min 193,07 ton və Moldovanın payına düşüb - $2 milyon 454,02 min məbləğində 15 min 337,6 ton. Məhsulun qalan hissəsi Rusiya, Ukrayna, Rumıniyaya ixrac olunub.
Bundan əlavə, 2019-cu ildə Azərbaycan $104 min məbləğində ammonium sulfat ixrac edib. İxracın bütün həcmi İrana həyata keçirilib.
Hökumətin məlumatına görə, 2019-cu il ərzində Azərbaycana azot gübrələrinin idxalı $32 milyon 959,47 min (аzalmа 11,8%) məbləğində 148 min 695,17 tоn (аzаlma 9,8%) təşkil edib.
Bu məhsulun idxalı strukturunda əsas həcm amonium nitratın payına düşüb (Azərbaycanda istehsal olunmur) - $27 milyon 559,74 min məblğində 130 min 582,87 ton.
Eyni zamanda, amonium nitratın böyük həcmi Azərbaycana Rusiyadan idxal olunub ($22 milyon 850,44 min məbləğində 106 min 917,22 tоn). Gürcüstanda və s. ölkələr də idxal həyata keçirilib ($4 milyon 703,4 min məbləğində 23 min 662,9 ton).
Azərbaycanda azot gübrələrinin (sidik cövhəri) istehsalı ilə 2019-cu il yanvarın 16-da istismara verilən SOCAR Carbamide Plant karbamid zavodu məşğul olur. 2019-cu ilin iyun ayında müəssisə azot gübrələrinin ixracına başlayıb.
Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik $160 mln. gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Azərbaycanın karbamidə daxili tələbatı illik 100-150 min ton təşkil edir. Zavodun istehsal gücünün 650-660 min ton karbamid olduğu nəzərə alınaraq, hazır məhsulun illik 500 min tonunadək həcmi ixraca göndəriləcək.
Türkiyə, Qara dəniz regionu və Aralıq dənizi ölkələri əsas satış bazarları hesab olunur.
Zavodun tikintisinin ümumi dəyəri 780 mln. avro təşkil edib. Bunun 197 mln. avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsait, 500 mln. avro – borc vəsait, 80-85 mln. avro – SOCAR-ın öz vəsaiti hesabına tikinti zamanı büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət