Beynəlxalq Valyuta Fondu (BVF) bu ilin iyul ayında Azərbaycan hökuməti ilə fondun 4-cü Maddəsi çərçivəsində illik məsləhətləşmələr aparacaq. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Maliyyə naziri Samir Şərifov Vaşinqtona səfəri çərçivəsində BVF nümayəndələri ilə bir sıra görüşlər keçirib.
“Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristalina Georgiyeva ilə görüşdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar müzakirə edilib. K.Georgiyeva prezident İlham Əliyevlə 2019-cu ilin yanvarında Davos İqtisadi Forumunda keçirdiyi görüşü xatırladaraq, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlarla bağlı ətraflı məlumat aldığını və BVF-nin bu istiqamətdə ölkəmizə lazım olan bütün zəruri dəstəyi göstərməyə hazır olduğunu deyib”, - deyə məlumatda bildirilir.
Görüşdə tərəflər Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığının keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Nazir S.Şərifovun Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Nataliya Tamirisa ilə keçirdiyi görüşdə BVF-nin 4-cü Maddəsi çərçivəsində bu qurumun missiyasının cari ilin iyul ayında ölkəmizə nəzərdə tutulan səfəri ilə bağlı hazırlıqlar müzakirə edilib.
BVF sonuncu dəfə 2019-cu ilin iyun ayında Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələr aparıb.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət