Çin və İranda koronavirusun yayılması Azərbaycanın ticarət dövriyyəsinə güclü təsir göstərməyəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı belə hesab edir.
“2020-ci ilin yanvar ayı ərzində Azərbaycanın ixracı 2,1 milyard ABŞ dolları, idxal isə 720 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən ixrac 66,5% artıb, idxal 29,7% azalıb. Nəticədə, profisit $1,4 milyard təşkil edib. Yanvar ayında ümumi ixracın ilk onluqda nə Çin, nə də İran var. Bu dövlətlər əsasən idxalda önə çıxıblar. Belə ki, yanvar ayında Çindən 114 milyon ABŞ dolları, İrandan isə 24 milyon ABŞ dolları dəyərində mal idxal olunub”, - Qasımlı Mərkəzin mətbuat xidmətinə müsahibəsində bildirib.
O qeyd edib ki, zərurət yarandığı təqdirdə Azərbaycan idxalı başqa ölkələrlə əvəz edə bilər.
“2019-cu ildə Azərbaycan Çinə 752 milyon ABŞ dolları dəyərində mal ixrac edib, bu ölkədən idxal 1,4 milyard ABŞ dolları olub. Ötən il İrana isə 41 milyon ABŞ dolları dəyərində mal ixrac edilib, idxal isə 453 milyon ABŞ dolları olub. 2019-cu ildə idxalın 10,48%-i Çinin, 3,31%-i İranın payına düşüb. Zərurət yarandığı təqdirdə bu idxalı da başqa ölkələrlə əvəzləmək mümkündür. Əslində bununla bağlı alternativlər də mövcuddur. Məsələn, ötən il Türkiyə ilə ticarət dövriyyəsini 2023-cü ildə 15 milyard dollara çatdırılması hədəflənir”, - Qasımlı qeyd edib.
Onun sözlərinə görə, koronavirus təhlükəsi Azərbaycanın qeyri-neft ixracına da güclü təsir göstərməyəcək.
“2019-cu ilin rəqəmlərini təhlil etdik aydın olur ki, Çinə 37 milyon ABŞ dolları, İrana isə 28 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə 141 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb, bu da bir il əvvələ olan göstəricidən 2,5% çoxdur. Yanvar ayında Çinə 5,9 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu isə qeyri-neft ixracının 4,2% deməkdir. Yəni yanvar ayında Çində problemlər olsa da bu qeyri-neft ixracımıza mənfi yöndə təsir etməyib. Əksinə bu ölkəyə ixracımız yanvar ayında 2,1 dəfə artıb. Bir də ixrac etdiyimiz həmin məhsullara alternativ bazarlar tapmaq olar”, - Qasımlı bəyan edib.
Eyni zamanda, onun rəyinə görə, Çin və İranda koronavirus təhükəsinin artması Azərbaycanın qeyri-neft ixracının həcminə müsbət təsir göstərə bilər.
“Çindən və İrandan koronovirusa görə dünya bazarlarına xüsusən də meyvə-tərəvəz və içkilərin ixracı azalır. Bu isə Azərbaycana imkan verir ki, daha yüksək qiymətə və daha çox həcmdə qeyd edilən məhsullarının ixracını genişləndirsin, xarici bazarlarda yeni mövqelər tutsun. Artıq Azexport.az portalına meyvə-tərəvəz və kartof üçün daha çox ixrac sifarişləri gəlməyə başlayıb”, - Qasımlı əlavə edib. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət